Report İnformasiya Agentliyi 12 yaşında
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün "Report" İnformasiya Agentliyi 12 yaşını qeyd edir.
Modern.az xəbər verir ki, Azərbaycanın media sferasında mühüm rol oynayan "Report" İnformasiya Agentliyi (İA) son 11 il ərzində ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb.
2014-cü ildə fəaliyyətə başlayan və hazırda "Global Media Group" şirkətinin tərkibinə daxil olan "Report" İA qısa müddətdə böyük uğurlara imza atıb. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdə ölkə və dünya gündəmini operativ şəkildə işıqlandırır.
Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 Oktyabr 2026 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















