Icma.az
close
up
RU
“10 Mayda 10 Bağça” Cənub bölgəsində yeni bağçalar istifadəyə verilib

“10 Mayda 10 Bağça” Cənub bölgəsində yeni bağçalar istifadəyə verilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran, 10 may, İlkin Adıyev, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Lənkəran, Astara, Cəlilabad və Masallı rayonlarında körpələr evi–uşaq bağçaları istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran şəhər 3 və 7 nömrəli, Astarada şəhər 3 nömrəli, Təngərüd, Şiyəkəran və Şahağac kənd körpələr evi-uşaq bağçaları, Cəlilabadda şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası, Masallı şəhər 4 nömrəli, Qızılağac kənd uşaq bağçası təmirdən sonra istifadəyə verilib, Ərkivan qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçası isə yeni fəaliyyətə başlayıb.

Bağçaların istifadəyə verilməsi münasibətilə təşkil olunan açılış mərasimlərində rayon icra hakimiyyətlərinin başçıları, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bütün tədbirlər Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra çıxışlar dinlənilib, uşaqların hazırladığı ədəbi-bədii kompozisiyalar izlənilib və bağçalarda yaradılan yeni şəraitlə tanışlıq olub.

Yenilənmiş bağçalar uşaqları müasir və rahat təhsil mühiti ilə təmin edir, bundan əlavə yeni iş yerlərinin açılmasına da imkan yaradır. Yeni məktəbəqədər təhsil müəssisələrində 688 uşağın təlim-tərbiyəsi ilə 106 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Növbəti tədris ili üçün 43 ümumtəhsil məktəbində və 21 məktəbəqədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri