Icma.az
close
up
RU
PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ermənistanın sərhəd təhlükəsizliyi məsələsində Rusiyadan asılılığını azaltmaq istiqamətində atdığı addımlar regionda yeni geosiyasi reallıqların formalaşdığını göstərir. Baş nazir Nikol Paşinyanın yaxın illərdə ölkə sərhədlərinin mühafizəsinə tam məsuliyyəti Ermənistanın öz üzərinə götürməyə hazır olduğunu bəyan etməsi Moskvanın İrəvan üzərindəki ənənəvi təsir mexanizmlərini yenidən gündəmə gətirib. Hazırda bəzi sərhəd məntəqələrində Rusiya sərhədçilərinin xidmət aparması fonunda bu açıqlama Ermənistanın təhlükəsizlik siyasətində hansı dəyişikliklərə hazırlaşdığı və Qərbə inteqrasiya kursunun nə dərəcədə dərinləşdiyi ilə bağlı suallar yaradır.

Bəs İrəvan Rusiyanın hərbi-siyasi təsirini real şəkildə zəiflədə biləcəkmi? Bu proses Moskva ilə münasibətlərə, Azərbaycan-Ermənistan sülh gündəliyinə və bütövlükdə Cənubi Qafqazda güc balansına necə təsir göstərəcək?

Mövzu ilə bağlı "AzPolitika"nın suallarını politoloq Elmir Səftərov cavablandırıb:

-Nikol Paşinyanın açıqlaması Rusiyanın Ermənistandakı hərbi-siyasi təsirinin zəiflədiyini göstərirmi?

-Bəli, bu açıqlama Rusiyanın Ermənistanda ənənəvi təhlükəsizlik mövqelərinin zəiflədiyini göstərən mühüm addımlardan biridir. Uzun illər Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsində Rusiya əsas rol oynayıb. İndi İrəvan bu funksiyanı öz üzərinə götürmək istəyir. Bu, Ermənistanın təhlükəsizlik sahəsində Moskvadan asılılığını azaltmaq və müstəqil qərarvermə imkanlarını genişləndirmək siyasətinin tərkib hissəsidir. Lakin bu, Rusiyanın Ermənistandakı bütün təsirinin aradan qalxması demək deyil. Rusiyanın Gümrüdə hərbi bazası və iqtisadi təsir imkanları hələ də qalır.

-Ermənistan Rusiya sərhədçilərini əvəz edəcək institusional və hərbi imkanlara malikdirmi?

-Ermənistanın bunun üçün müəyyən institusional və kadr imkanları var. Artıq Zvartnots hava limanında, İranla sərhəddəki Ağarak və Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqələrində nəzarət erməni sərhədçilərinə verilib.

Ancaq bütün sərhəd boyunca müstəqil və effektiv mühafizənin təşkili daha mürəkkəb məsələdir. Bunun üçün əlavə şəxsi heyət, müasir texnologiyalar, müşahidə sistemləri, infrastruktur və peşəkar hazırlıq lazımdır. Yəni Ermənistan bu keçidi mərhələli şəkildə həyata keçirə bilər, amma Rusiyanın qüvvələrini qısa müddətdə tam əvəz etmək asan olmayacaq.

-Moskva bu qərara hansı formada reaksiya verə bilər?

- Rusiya ilk mərhələdə diplomatik narazılıq bildirə və Ermənistanla imzalanan mövcud razılaşmaları xatırlada bilər. Lakin sərhədçilərin çıxarılması məsələsində kəskin qarşıdurmaya getməsi mütləq deyil.

Moskvanın əsas təzyiq imkanları iqtisadi və siyasi sahədədir. Xüsusilə, qaz qiymətləri, ticarət əlaqələri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və Gümrüdəki hərbi baza məsələlərindən istifadə edə bilər. Bununla yanaşı, Rusiyanın reaksiyasının konkret forması hələ bəlli deyil.

-Ermənistanın Qərbə yaxınlaşması Azərbaycanla münasibətlərə necə təsir edəcək?

Bu proses Azərbaycan-Ermənistan münasibətlərinə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bir tərəfdən Ermənistanın Qərblə əməkdaşlığının genişlənməsi onun təhlükəsizlik və iqtisadi siyasətində yeni imkanlar yarada, regional sülh prosesinə töhfə verə bilər. Digər tərəfdən isə Qərb-Rusiya rəqabətinin Cənubi Qafqazda güclənməsi regionda əlavə geosiyasi təzyiq yarada bilər.

Bundan əlavə, Ermənistanın Qərbin siyasi göstərişləri əsasında hərəkət etməsi müsbət siyasi ab-havanın formalaşmasına mane ola bilər. Azərbaycan üçün əsas məsələ Ermənistanın hansı siyasi mərkəzə yaxınlaşması deyil, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində konkret addımlar atmasıdır.

-Bu proses Rusiyanın Cənubi Qafqazdakı gələcək rolunu necə dəyişə bilər?

-Ermənistanın Rusiya sərhədçilərindən imtina etməsi Moskvanın regiondakı ənənəvi təsir mexanizmlərindən birinin zəifləməsi deməkdir. Rusiya gələcəkdə Cənubi Qafqazda əvvəlki kimi əsas təhlükəsizlik təminatçısı rolunda çıxış etməkdə çətinlik çəkə bilər. Onun təsiri daha çox iqtisadi əlaqələr, enerji, nəqliyyat və diplomatik münasibətlər üzərindən davam edə bilər. Eyni zamanda, Qərbin, Türkiyənin və digər regional aktorların fəallığı artar. Nəticədə Cənubi Qafqazda təsir uğrunda rəqabət daha çoxşaxəli xarakter alacaq. Ermənistanın atdığı addım təkcə sərhədçilərin dəyişdirilməsi deyil. Bu, ölkənin təhlükəsizlik siyasətində daha müstəqil xəttə keçmək cəhdidir.

Müşviq Tofiqoğlu

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri