10 yaşlı qolfçumuz Almatıda qalib olub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Gənc və istedadlı qolfçumuz Emin Rzayev bu il də ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək ötənilki möhtəşəm nailiyyətini təkrarlayıb.
Qazaxıstanın Almatı şəhərində keçirilən nüfuzlu “Kazakhstan Junior Open 2026” beynəlxalq turnirində iştirak edən idmançımız bütün rəqiblərini geridə qoyaraq yarışın qalibi olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan yarış iki gün ərzində “Stroke Play Gross” formatında keçirilib. İki günlük mübarizənin yekunlarına əsasən, Emin Rzayev 10 yaş kateqoriyasında yüksək peşəkarlıq, əzm və bacarıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə – 1-ci yerə layiq görülüb.
Bu uğur gənc idmançımızın beynəlxalq arenadakı növbəti böyük nailiyyəti olmaqla yanaşı, Azərbaycan qolfunun inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Avqust 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















