Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
"2014-cü ildə Krımın geri alınması barədə əmr verilsəydi, bugünkü formada genişmiqyaslı müharibə baş verməzdi”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Bu gün həmin dövrə nəzər salanda - söhbət rusların Krımı ələ keçirdiyi 2014-cü ilin fevral-mart aylarından gedir - başa düşürsən ki, müharibə məhz o zaman başladı. Bizim səhvimiz onları geri oturtmamaq oldu. Əgər dövləti müdafiə etmək barədə əmr verilsəydi, əminəm ki, bu gün mövcud olan formada genişmiqyaslı müharibə baş verməzdi. Ən azı mənə belə gəlir”, - Zelenski bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi məhz Krımın işğalı ilə başlayıb:
"Bu, doğrudur. Sadəcə, həmin işğal tədricən baş verirdi. Bu, o qədər də müharibəyə bənzəmirdi. Niyə? Çünki Ukrayna həmin vaxt döyüşmürdü. Onlar Krımı işğal edərkən, əlbəttə, atəş səsləri eşidilirdi. Amma Rusiya uzun müddət oradakı insanların özünəməxsus olduğunu etiraf etmirdi. Hətta onları "yaşıl adamcıqlar” adlandırırdılar, çünki bu formanın hansı qüvvəyə aid olduğunu başa düşmək mümkün deyildi.
Yəni yarımadada silahlı insanlar vardı, problem ondan ibarət idi ki, Ukrayna hakimiyyəti öz torpağını müdafiə etmək, kiminsə silahla sərhədlərini pozduğu barədə aydın göstərişlər verməmişdi”.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:343
Bu xəbər 23 Oktyabr 2026 04:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















