Icma.az
close
up
RU
100 milyonluq işdə yeni adlar üzə çıxır Vəzifəli şəxs həbs edildi

100 milyonluq işdə yeni adlar üzə çıxır Vəzifəli şəxs həbs edildi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərrüfatının inkişafına yönəldiləcəyi bəhanəsi ilə dövlətə məxsus “Aqrarkredit” (Bank Olmayan Kredit Təşkilatı) QSC-dən 100 milyon manatdan artıq kredit götürən sahibkarların cinayət əməlini ifşa etməkdə davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gün həmin iş üzrə daha bir vəzifəli şəxs həbs edilib.

Yaqubov Vüqar Hacı oğlu “Aqrarkredit”də Kreditlərin təşkili və idarə edilməsi departamentinin müdiri işləyib. İttihama görə, o, bir qrup sahibkarla əlbir olaraq 24 milyon manat pul vəsaitini kredit rəsmiləşdirilməsi adı ilə ələ keçirib. Həmin pullar da kənd təsərrüfatı fəaliyyətinə deyil, şəxsi ehtiyaclar və digər məqsədlərə xərclənib.

Vüqar Yaqubova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlətə dəymiş ziyan ödənilmədiyi halda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən şəxsi 10 ildən 15 ilə kimi həbs cəzası gözləyir.

Hazırda bu cinayət işi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində geniş ibtidai istintaq hərəkətləri aparılır. Dövlətə ziyan vurulmasında iştirak edən şəxslərin sayının daha çox olduğu istisna edilmir.

Qeyd edək ki, Vüqar Yaqubovun dələduzluq əməlləri 2019-2025-ci illəri əhatə edir. O, 2025-ci ilə kimi sözügedən qurumda vəzifədə olub. 

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyul 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri