Icma.az
close
up
RU
1000 manatdan az qazananlara vergi güzəştləri olacaq? AÇIQLAMA

1000 manatdan az qazananlara vergi güzəştləri olacaq? AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İqtisadçı Natiq Cəfərli təklif edib ki, ikinci iş yerində çalışanlar üçün ayrıca vergi güzəştləri tətbiq etmək əvəzinə, Azərbaycanda vahid gəlir deklarasiyası sistemi qurulmalıdır. O hesab edir ki, insanın neçə yerdə işləməsinin fərqi olmamalı, vergi onun ümumi gəlirinə əsasən hesablanmalıdır. İqtisadçı 1000 manatdan aşağı gəlirli şəxslərin vergidən azad edilməsini, daha yüksək gəlirlərə isə mərhələli vergi dərəcələrinin tətbiqini təklif edir. 

Həmkarının fikirlərini Redaktor.az-a şərh edən iqtisadçı Pərviz Heydərov bildirdi ki, bu ilin əvvəlinə qədər özəl sektorda çalışan işçilərə 7 il ərzində aylıq gəlirləri üzrə müəyyən güzəştlər tətbiq olunurdu.

"Belə ki, 8000 manata qədər maaş alan fiziki şəxslər gəlir vergisindən azad idilər. Bu güzəşt 7 il qüvvədə qaldı. Lakin cari ilin yanvarın 1-dən həmin güzəşt ləğv edildi və növbəti illərdə fiziki şəxslərin gəlir vergisinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Yəni 7 il ərzində tətbiq olunan vergi güzəştləri hökumət tərəfindən aradan qaldırıldı. Halbuki həmin güzəştlərin müddətini bir qədər də uzatmaq mümkün idi. 1000 manatdan az qazananlar üçün vergi güzəştlərinin tətbiqinə gəldikdə isə, bu yalnız fiziki şəxslərin gəlir vergisinə aid edilə bilər. Sosial ayırmalar üzrə belə bir yanaşmanın tətbiqi məqsədəuyğun hesab olunmur. Məcburi dövlət sosial sığorta ayırmaları hər bir vətəndaşın gələcək pensiya təminatı baxımından vacibdir. Bu ödənişlər vətəndaşın Dövlət Sosial Müdafiə Fondundakı fərdi hesabında pensiya kapitalı kimi toplanır və şəxs pensiya hüququ əldə etdikdən sonra həmin kapitalın həcminə uyğun olaraq pensiya alır" -  deyən həmsöhbətimiz hesab edir ki, bu baxımdan məcburi dövlət sosial sığorta ayırmalarının ləğvindən söhbət gedə bilməz:

"Ancaq fiziki şəxslərin gəlir vergisi ilə bağlı müəyyən güzəştlərin azgəlirli vətəndaşlara tətbiq olunması mümkün hesab edilə bilər. Burada əsas məsələ həmin güzəştlərin hansı həddən tətbiq olunacağıdır. Məsələn, bu hədd 1000 manat müəyyən edilə bilər, yaxud minimum əməkhaqqı səviyyəsinə qədər olan gəlirlərdən vergi tutulmaması kimi bir mexanizm seçilə bilər. Bunun hansı formada həyata keçiriləcəyi ayrıca müzakirə mövzusudur. Belə güzəştlərin tətbiqi ilkin mərhələdə büdcə gəlirlərinə müəyyən mənfi təsir göstərə bilsə də, kölgə iqtisadiyyatının azalması və əmək münasibətlərinin leqallaşdırılması baxımından müsbət nəticələr verə bilər".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyun 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri