Bacısının böyrəyi ilə həyata bağlandı
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aksarayda boğaz ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 45 yaşlı Ali Öztürkə böyrək çatışmazlığı diaqnozu qoyulub. O, bacısı Esma Çələbının bağışladığı böyrək sayəsində yenidən həyata bağlanıb.
Sherg.az xəbər verir ki, Aksarayın Bağlıkaya qəsəbəsində fermerliklə məşğul olan və 4 uşaq atası Ali Öztürk 2024-cü ilin mayında boğaz ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinələr zamanı ona böyrək çatışmazlığı diaqnozu qoyulub.
Bundan sonra Ankaradakı Bilkent Şəhər Xəstəxanasına müraciət edən Öztürk dializ müalicəsinə başlayıb. Əvvəlcə qardaşı Musa Öztürkün böyrəyinin ona uyğun olduğu müəyyən edilib. Lakin qardaşında yaranan infeksiya səbəbindən transplantasiya baş tutmayıb. Daha sonra bacısı Esma Çələbının böyrəyinin uyğun olduğu müəyyənləşib və transplantasiya həyata keçirilib.

“Dializ prosesi çox çətin idi”
Öztürk bildirib ki, transplantasiya prosesi təxminən 5 ay davam edib. O, həftədə 3 dəfə, 4 saat dializ müalicəsi aldığını və bu müddətin olduqca ağır keçdiyini deyib.
“Artıq çox yaxşıyam, xəstəliyimdən xilas olmuşam. Hazırda rutin həkim müayinələrim davam edir”, – deyə Öztürk bildirib.
“Hər kəsin donor olmasını istəyirəm”
Yaşadığı çətin prosesdən danışan Öztürk insanları orqan donorluğuna çağırıb. O, orqanların torpağa getməsi əvəzinə ehtiyacı olan insanlara həyat verməsinin daha doğru olduğunu vurğulayıb.
Öztürk, “Hər kəsin donor olub bir həyat xilas etməsini istəyirəm”, – deyə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Noyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















