Icma.az
close
up
RU
106 dəqiqə davam edən uçuş...

106 dəqiqə davam edən uçuş...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Aviasiya və Kosmonavtika günüdür

64  əvvəl sovet kosmonavtı Yuri Qaqarin “Vostok” adlı kosmik gəmi ilə insan sivilizasiyası tarixində ilk dəfə fəzaya yollanmışdı. Günümüzdə bu tarix Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Bu səma əfsanəsi ona birləşdirilmiş “8K72” adlı sürətləndirici raketlə 1961-ci il aprelin 12-də SSRİ Müdafiə Nazirliyinin V elmi-tədqiqat poliqonundan start götürmüşdü. Startdan 12.5 dəqiqə sonra kosmik gəmi sürətləndirici raketdən ayrılmış və Yer kürəsinin orbitinə çıxmışdı.

Tarixdə ilk idarə olunmuş kosmik uçuş missiyası 106 dəqiqə davam etmişdi. Bu missiya insanın müasir texnologiyalarla Yer orbitinin mənimsənilməsi yolunda yeni dövrün başlanğıcı sayılır.

Beynəlxalq Kosmonavtika Günü əvvəllər ancaq SSRİ-də keçirilirdi. Amma artıq belə deyil. Belə ki, BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən 12 Aprel Beynəxalq Kosmosa Uçuş Günü (“Space Probe Day”) kimi bütün dünyada qeyd olunur. Başlanğıcda kosmosun tədqiq edilməsi, ABŞ və SSRİ arasında strateji yarış şəklini alsa da, sonralar bu, bir əməkdaşlığa çevrildi...

Bu günə qədər kosmosa nə qədər insan uçub?

Kosmonavtika tarixində ilk beynəlxalq uçuş isə 15 iyul 1975-ci ildə gerçəkləşib. Uçuşa rəhbərliyi Sovet gəmisi “Soyuz-19” və Amerika gəmisi “Apollon” edirdi. ABŞ kosmonavtlarının Aya uçmasını çıxmaqla, bütün digər ilk addımlar SSRİ tərəfindən atılıb.

Məlumatlara görə, bu günə qədər kosmosa təqribən 517 insan uçub. Onlardan 55-nin qadın olduğu deyilir. 22 kosmonavt isə indiyədək müxtəlif şəraitdə həyatını itirib.

XXI-ci əsrdə kosmik texnologiyalarda təəccübləndirici inkişaf özünü göstərir. On minlərlə kosmik peyk Yer ətrafında fırlanır, kosmik vasitələr Aya enir və oradan torpaq nümunələri gətirir.

Azərbaycanın ilk rabitə peyki

8 fevral 2013-cü il tarixində Azərbaycan da kosmik ölkələrdən birinə çevrildi. Bu tarixdə Azərbaycanın ilk rabitə peyki “Azerspace”/“Africasat”1a geostasionar orbitdə 46 dərəcə şərq uzunluğunda istifadəyə verildi. Peyk, eyni zamanda, “Arianespace” şirkətinin Kuru kosmodromu tərəfindən də sınaqdan keçirildi. “Azerspace-1”in tətbiq zonasına Avropa, Qafqaz, Orta Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC Qafqaz regionunda ilk peyk operatorudur. Azərbaycanın “Azerspace-2”/”İntelsat 38” geostasionar peyki isə 25 may 2018-ci il işə salındı.

Ümumilikdə, orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb: “Azərspace-1” (2013), “Azərsky” (2014) və “Azərspace-2” (2018).

“Azerspace-1” Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropaya, həmçinin “Azersky” bütün dünyaya, o cümlədən “Google” kimi iri amerikan şirkətlərinə telekommunikasiya xidmətləri göstərir.

Qeyd edək ki, Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə buraxacaq. Peyklə bağlı keçirilmiş tenderdə Avropa, Asiya və ABŞ-dn 20-dən çox şirkət iştirak edib. Onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Beləliklə, Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri