Icma.az
close
up
RU
“İrəvan etik normalara etinasız yanaşıb”

“İrəvan etik normalara etinasız yanaşıb”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı dövlət başçılarının yazışmalarını onların razılığı olmadan yayımlamaqla diplomatik etikanı pozmaqda ittiham edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya lideri Vladimir Putinə keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı göndərdiyi məktubun yayımlanmasını şərh edərkən bildirib. 

“İrəvan tərəflərin icazəsini almadan ATƏT-in Minsk qrupunun həmsədrlərinin işçi materiallarını və dövlət başçılarının yazışmalarını ictimaiyyətə açıqlamaqla diplomatik təcrübədə müəyyən edilmiş etik normalara etinasız yanaşıb”, - Zaxarova deyib. 

Onun sözlərinə görə, təqdim edilən materiallar rəsmi İrəvanın son vaxtlar irəli sürdüyü tezisləri təkzib edir: “İşlənib hazırlanması və qəbul olunmasında Rusiyanın da fəal iştirak etdiyi BMT və ATƏT-in açıqlanan sənədləri təsdiq edir ki, ölkəmiz üç onillik ərzində həm vasitəçi, həm də Minsk qrupunun həmsədri kimi ardıcıl şəkildə Qarabağ münaqişəsinin siyasi-diplomatik həllinə nail olmağa çalışıb”. 

Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Burada 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər var.

Bundan əvvəl, noyabrın əvvəlində Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətin tələblərinə cavab olaraq, Qarabağla bağlı danışıqlar prosesinə dair əsas sənədlər paketini açıqlayacağını bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri