Icma.az
close
up
RU
106 yaşlı DTX: “Onların fəaliyyəti ilə qürur duyuruq”

106 yaşlı DTX: “Onların fəaliyyəti ilə qürur duyuruq”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-ci ili tamam olur.

Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürür.

Tarix boyu müxtəlif mərhələlərdən keçən Azərbaycanın milli təhlükəsizlik orqanları bu gün də dövlətçiliyin keşiyində dayanaraq ölkənin sabitliyi və təhlükəsizliyi naminə fəaliyyətini uğurla davam etdirir.

Bununla bağlı "Cebheinfo.az"-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bütün təhlükəsizlik orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

O qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün dövlətçiliyimizi qoruyan əsas orqanlardan biridir:

“Mən bütün təhlükəsizlik orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirəm. Onların fəaliyyəti ilə qürur duyuruq. Azərbaycanın təhlükəsizlik orqanları bir əsrdən çox müddətdə şərəfli bir inkişaf yolu keçib.

1918-ci ildə müstəqilliyimizin qurulmasından 1920-ci ilə qədər bu orqanlar həm daxili, həm də xarici düşmənlərə qarşı gərgin, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti üçün çox vacib işlər görüblər.

Təəssüf ki, sonradan torpaqlarımız yenidən Rusiya imperiyasının tərkibinə qatıldı və bu orqanlar müəyyən müddət ərzində cəmiyyəti qorumaq əvəzinə, onun ən ağıllı başlarının sıradan çıxarılmasına rəvan verdilər. Lakin həmişə bu qurumlarda vətənpərvərlik hissi ilə yaşayan, Azərbaycan xalqının tarixini, mədəniyyətini və kimliyini qorumağa çalışan şəxslər olub.

Ötən əsrin 40-50-ci illərində həmin orqanlarda fəaliyyətə başlayan Ulu Öndər Heydər Əliyev özü kimi vətənpərvər insanlarla birlikdə bu qurumu tədricən cəmiyyətin təhlükəsizliyini təmin edən bir struktura çevirməyi bacardı.

O, Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etdiyi dövrdə, eləcə də sonradan Sovet Azərbaycanının rəhbəri kimi bu orqanın fəaliyyətini nəzarətdə saxlayaraq, milli düşüncənin bütün cəmiyyətə hakim olması və hər bir kəsin sözün əsl mənasında mübarizə aparmağa hazır olması istiqamətində bir xətt yeritdi.

Bunun nəticəsidir ki, 1988-ci ildə Ulu Öndər Heydər Əliyev böyük siyasətdə olmasa da, Azərbaycan xalqı küçələrə, meydanlara çıxaraq torpaqlarımızı və suverenliyimizi qorumaq xətti tutdu. Ulu Öndər dövlət hakimiyyətinə ikinci dəfə qayıtdıqdan sonra isə təhlükəsizlik orqanlarının yeni tələblər əsasında formalaşmasına xüsusi diqqət yetirdi.

Təhlükəsizlik orqanları üçün kadr hazırlığını təmin edən akademiyanın yaradılması, onların qarşısına dövlətçiliyimizin və milli kimliyimizin qorunması kimi əsas vəzifələrin qoyulması bu orqanların keyfiyyətcə yenidən formalaşmasına səbəb oldu.

Təhlükəsizlik orqanlarının əməkdaşları Birinci Qarabağ müharibəsində fədakarlıqla vuruşdular, şəhid olanlar, Milli Qəhrəman adına layiq görülənlər oldu”.

Millət vəkili vurğulayıb ki, cənab Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi xəttinə əsaslanan uzaqgörən siyasəti nəticəsində bu gün Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan dövlətçiliyinin keşiyində dayanır:

“DTX 44 günlük Vətən müharibəsində üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi. Biz vaxtaşırı DTX xətti ilə Azərbaycanda terror aktları törətməyə cəhd göstərən, ölkəmizə narkotik maddələr keçirməyə çalışan, dövlətçiliyimizi sarsıtmaq niyyəti güdən qüvvələrin ifşa edilməsi ilə bağlı xəbərlər eşidirik.

Bütün bunlar göstərir ki, Dövlət Təhlükəsizlik Xidməti bu gün xalqımızın maraqlarının keşiyindədir. Bu qurumun sıralarında qulluq edən vətəndaşlarımız öz işlərinə böyük məsuliyyətlə yanaşır və dövlətçiliyimizi qorumaq üçün fədakarcasına çalışırlar. 

Əminəm ki, bundan sonra da DTX Azərbaycan dövlətçiliyi naminə üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcək, cənab Prezidentin siyasi xəttinin müdafiəsi istiqamətində səlahiyyətləri çərçivəsində mühüm işlər görəcəkdir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri