Icma.az
close
up
RU
Onların DTX da 10 kq liq sovqat limiti

Onların DTX da 10 kq liq sovqat limiti

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bilmirəm, nədəndir, amma hava belə yağmurlu olanda içimi həmişə bir qəribçilik hissi bürüyür.

Bayaq Dövlət Təhlükəsizlik Xidmətinin qarşısından keçəndə  gözüm sonuncu mərtəbəyə- təcridxanaya sataşdı.

MTN-də qaldığım 8 ay ərzində hava belə olanda bu hisləri yaşayırdım.

İndi orada Azərbaycanın ən varlı adamlarından biri olan Adnan Əhmədzadə, ölkənin büdcəsini çapıb-talayan icra başçıları qalır.

Komfort həyata alışan bu adamların DXT-nın 7-8 kv metrlik kamerasındakı şəraitləri, nə yeyib-içdikləri çoxlarını maraqlandırır.

Ona görə tanış mənzərəni qeyd edim.

Etiraf edim ki, 10 il əvvəllə indiki dövr arasında ciddi fərq var.

Eldar Mahmudovun dönəmində kameralarda TV olmayıb, yalnız gündə bir neçə dəfə mərkəzdən idarə olunan radio olub.
Amma indi bildiyim qədəriylə TV-lər var.

Qidalanma təminatı Penitensiar Xidmətdən xeyli fərqlənir.

Amma nə qədər fərqlənsə də dünyanın ən ləziz nemətlərini görmüş Adnan, yaxud da harınlamış icra başçıları onlar üçün verilən borşu , yaxud da “qreçka”nı qaşıqlayanda o günlərini xatırlayırlar.

Penitensiar Xidmətdən fərqli olaraq, DTX təcridxanasında pulla əlavə imtiyazlar- hər gün isti yeməklər, yaxınlarla, dostlarla görüşlər qadağandır.

Burada sovqat qəbulu üçün konkret limit var.

Əvvəllər həftədə 5 kq-dan çox olmayan sovqat qəbulu vardısa, indi bu təxminən 10 kq-a qədər artırılıb.

Yadımdadır, bir dəfə evdən peçeniya istəmişdim.
Sovqatı açanda, onu görmədim.

Sonradan bildim ki, çəkidə 140 qr artıq olduğu üçün əməkdaş qırağa atıb.

Kameralarda soyuducu da yoxdur ki, evdən gələn bir qazan dolmanı oraya qoyub, yavaş-yavaş yeyəsən.
Evdən gələn sovqatı qış aylarında 2 günə, yayda isə 1 günə yeməlisən ki, xarab olmasın.
Bundan sonra oranın yeməklərinin ümidinəsən.

Ağır Cinayətlər Məhkəməsinə çıxacağın və alacağın cəzanın tarixini gözləyirsən ki, proses başa çatsın rədd olub gedim buradan.

Amma elə ki, Səbail Məhkəməsi daha 3 ay həbs qətimkan tədbirini artırır, yendən 90 gündən geriyə sayım başlayır.

Daha bir neçə ay həftədə 10 kq-lıq limitin ümidinə qalırsan.

Pərviz Həşimli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Noyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri