Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DTX 106: Peşəkar rəhbərlik, bacarıqlı kadrlar yetişdirir AÇIQLAMA

DTX 106: Peşəkar rəhbərlik, bacarıqlı kadrlar yetişdirir AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Mən də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyi olmaqla bütün şəxsi heyəti təbrik edirəm. Onlara bu şərəfli, eyni zamanda çətin peşənin həyata keçirilməsində uğurlar arzu edirəm. Bu peşəni həyata keçirən zaman şəhid olmuş bütün əməkdaşların yaxınlarına başsağlığı verirəm. Əsas məsələ ondan ibarətdir ki, bu gün milli təhlükəsizlik, DTX deyəndə hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Çünki dövlət və dövlətçiliyimizə qarşı olan təhdidlərin qarşısını almaqda ən ciddi işlər görən qurumlardan biri də DTX-dır. Bu çox mühüm məsələdir”.

Bu sözləri Bakıvaxtı.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, təhlükəsizlik orqanının veteranı Arzu Nağıyev 106 il öncə yaradılan Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi şanlı tarixdən danışarkən deyib.  A.Nağıyev hesab edir ki,  DTX kəşfiyyat, əks-kəşfiyyat, eyni zamanda terrorla mübarizə və digər istiqamətlərdəki işlərini yüksək səviyyədə qurub:

“Əəsas məqam ondan ibarətdir ki, əməliyyat şəraitinə nəzarət edərək, gələcəkdə baş verə biləcək təhdidlərin qarşısını almağa qadir olan, dövlətçliyin mühafizəsi istiqamətində əməli addımlar atan bir qurumdur. Bu qurum Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında çox mühüm məsələlərdə özünü göstərdi. İstər 44 günlük Vətən savaşında, istərsə də lokal anti-terror əməliyyatları zamanı bu qurum fəaliyyətini sübut etdi. Son zamanlar bəzi dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı törədə biləcəyi məkrli addımların qarşısı alındı. Yəni bu struktur peşəkar rəhbərlik və peşəkar əməkdaşlarla birlikdə Ali Baş Komandan tərəfindən qarşılarına qoyulan dövlət və dövlətçliyin qorunması istiqamətində ciddi addımlar atır. Bunun da təməli ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən atılıb. Ulu öndər 1944-cü ildən 1969-cu ilə qədər xüsusi xidmət orqanlarında əməliyyat müvəkkilindən başlayaraq, həmin komitənin rəhbəri vəzifəsinə qədər ucalıb. Ulu öndər kəşfiyyat və əks-kəşfiyyat məsələsi ilə yanaşı, milli kadr poetansialının yetişdirilməsi yönündə də yaddaqalan addımlar atıb. Bu gün həmin ideya və amallara söykənərək, DTX rəhbərliyi Ali Baş Komandanın göstəri. və tapşırlarına müvafiq olaraq, ən yüksək səıviyyədə öz işini həyata keçirməkdədir”.

A.Nağlyev onu da diqqətə çatdırırb ki, DTX-da peşəkarlar çalışır və onlar dövlət, vətən, bayraq və gerbimizi göz bəbəyi kimi qorumağı qaşılarına məqsəd qoyublar:

“Bütün bunların hamısı dövlətə, vətənə olan sevgidən doğan əməllərdir. Peşəkar kadrların hazırlanması SSRİ zamanında bir başqa cür idi. İndi isə  Akademiyamız fəaliyyət göstərir. Orada çox peşəkar rəhbərlik və müəllimlər çalışırlar. Bu bazanın yardılmasında Ali Baş Komandanın iradəsi ilə DTX rəhbərliyinin rolu danılmazdır. Digər məsələ xarici dövlətlərlə birgə koordinasiyalı şəkildə kadr potensialının yetişdirilməsidir. Əlbəttə, peşəkar əməliyyatçıların yanında yeni əməliyyatçıların çalışması önəmli məsələdir. DTX-nın peşəkar əməkdaş yetişdirməsi uzun çəkən prosesdir. Peşəkar kadr olmaq üçün ikili həyat yaşamalı olurlar, peşəkarlarla birgə əməliyyatlar keçirirlər. Bu, ağır və çətin prosesdir. Bu məsələdə də öz üzərində işləmək, çalışmaq gərəkir. Mətbuatdan hansısa cinayətkarın tutulmasını oxuyuruq, amma bunun arxasında ciddi əməliyyatlar, yuxusuz gecələr, ağır qərarlar, ciddi işlər dayanır. Peşəkar əməkdaş həm özünü, həm ailəsini, həm vətənini qorumalıdır. Həm də məhdud çərçivədə həyat tərzi yaşamalıdır. Öz işini də ən yüksək səviyyədə yerinə yetirməlidir. Həm də xarici xüsusi xidmət orqanları onların həyat tərzini izləyə bilər. Bunlar ciddi məsələlərdir. Düşünürəm ki, peşəkar rəhbərlərin olduğu qurumda peşəkarlar yetişir”.

A.Nağıyev DTX-nın 106 illik fəaliyyətini bir neçə mərhələyə bölüb:

“Azərbaycan təhlükəsizlik sistemini 3 mərhələyə - Cümhuriyyət, Sovetlər və müstəqillik dönəmləri var. SSRİ dönəmində İran və Türkiyə ilə sərhəd olduğumuza görə, kommunist rejimində yaşadığımıza görə bir istiqamətdə işlər görülürdü. Müstəqillik dövründə görülən işlər daha ağırdır. Hətta 1988-ci ildə ermənilər ciddi cəhdlə çalışırdılar ki, milli mənəvi dəyərlərin əlimizdən alınması istiqamətində lidersizlik şəraiti yaratsınlar. Vaxtilə ulu öndər xüsusi xidmət orqanının rəhbəri olduğuna görə hansı proseslərin baş verdiyini ən yüksık səviyyədə çatdıra bildi və xarici xüsusi xidmət orqanları və ermənilərin havadarları çalışırdılar ki, ulu öndər Azərbaycanda olmasın. Lakin Azərbaycan xalqının çağırış və iradəsi nəticəsində ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdı və onun vaxtilə xüxusi xidmət orqanında çalışması bu işə daha böyük təkan verdi. Məlumdur ki, Azərbaycan artıq feodallara bölünürdü, separtizm meylləri güclənirdi, lakin bunun qarşısı alındı. Bu gün də Ali Baş Komandan İlham Əliyevin tutduğu əsas kurs dövlətin suverenliyi, ərazi bütövlüyü və hər bir Azərbvaycan vətəndaşının sosial rifah halının yaxşılaşmasıdır. Xüsusi xidmət orqanı əməkdaşları da müsəlləh əsgər kimi Ali Baş Komandanın yanındadırlar. Bizim bir vətənimiz, bir bayrağımız, bir dövlətimiz, bir gerbimiz var, onları qorumaq DTX üçün böyük şərəfdir”.

Aydın Baxış  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri