Icma.az
close
up
RU
11 ayın əsas gözləntisi iqtisadçının şərhi

11 ayın əsas gözləntisi iqtisadçının şərhi

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Fikrət Yusifov: “Adətən təqvim ilinin birinci ayında göstəricilər ondan sonrakı ayların göstəricilərindən bir qədər aşağı olur”

2025-ci ilin ilk ayı bitdi. Yanvar ayının iqtisadi göstərişləri ilə bağlı statistik məlumatlar yaxın günlərdə açıqlanacaq. Bəs bu il ərzində Azərbaycan iqtisadiyyatı üçün hansı nəticələrlə yadda bilər? Məlumat üçün bildirək ki, 2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlamışdi.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatın əsasən, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cu ilin yanvar ayında ÜDM 5%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3% artıb. Əlavə dəyərdə artım tikinti sektorunda 66,9%, nəqliyyat və anbar təsərrüfatında 26,8%, qeyri-neft-qaz emal sənayesində 16,8%, turizm və ictimai iaşədə 12,1%, informasiya və rabitədə 11,8% təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb. 2024-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisiya qoyuluşları 37,4%, o cümlədən qeyri-neft-qaz sektoruna 34,1% artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm amil kimi dəyərləndirilib.

Yeri gəlmişkən, Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan startapların inkişafı, sahibkarlığın stimullaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi üçün əlverişli şəraitin yaradılmasına böyük əhəmiyyət verir. SİTAT: “Fəaliyyətə yeni başlayan sahibkarlara layihələri işə salmağa və potensiallarını inkişaf etdirməyə kömək edən müxtəlif proqramlar həyata keçirilir”.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirib ki, yanvar ayında ölkə iqtisadiyyatında hansı nəticələrin əldə olunmasını yalnız rəsmi statistikanın bu barədə məlumatlarını əldə etdikdən sonra danışmaq mümkündür: “Bu isə cari ilin fevral ayının birinci yarısında baş tutacaqdır. Lakin buna baxmayaraq ilin birinci ayı üçün xas olan ənənəvi vəziyyət barədə bir neçə kəlmə fikir bildirmək olar. Adətən təqvim ilinin birinci ayında göstəricilər ondan sonrakı ayların göstəricilərindən bir qədər aşağı olur. Bunun başlıca səbəbi isə ilin əvvəlində iqtisadi aktivliyə təkan verə biləcək bəzi prosseslərin bir qədər ləng getməsidir. Məsələn, ilin birinci aylarında büdcədən maliyyələşmənin bir qayda olaraq gec açılması, xüsusilə investisiya qoyluşlarının maliyyələşdirilməsində gecikmələr öz növbəsində ilin başlanğıcında iqtisadiyyatda daha yüksək nəticələr əldə etməyə imkan vermir. Lakin bu vəziyyət artıq birinci rübün sonuna doğru aradan qalxmış olur. 

Ötən 2024-cü ildə Azərbaycan iqtisadiyyatında 4,1%, onun real sektorunda  isə 6,2% artım qeydə alınıb. İnanaq ki, cari ildə artımlar bundan daha yüksək ola biləcək. Bunun üçün ölkə iqtisadiyyatına yerli yatlrımlarla yanaşı, xarici investisiyaların daha üstün axınına nail olmalıyıq. İqtisadiyyata nə qədər çox investisiya yatırılırsa, bir o qədər də onun inkişafı təmin edilmiş olur. O səbəbdən dövlət büdcəsindən əsas kapitala yönəldilən vəsaitlər və yerli investorların özəl sektora etdikləri yatırımlarla yanaşı, biz ölkə iqtisadiyyatına, ilk növbədə isə onun real sektoruna xarici investisiyaların üstün axınını təmin etməliyik. Bu olduqca vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see188

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see184

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see155

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see126

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see124

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri