Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Büdcəmizdəki yarım milyardlıq kəsir... iqtisadçının şərhi

Büdcəmizdəki yarım milyardlıq kəsir... iqtisadçının şərhi

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Eldəniz Əmirov: “2025-ci ildə büdcə kəsirinin yenidən proqnozdan 6 dəfə az olacağını gözləmirəm”

“2024-cü ildə ölkə üzrə ümumilikdə 19 min 602 sayda 9 mlrd. 845,0 mln. manat məbləğində satınalma baş tutub”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu da 2023-cü illə müqayisədə məbləğ baxımından 30,5%, say baxımından 57,0% çoxdur. Dövlət satınalmaları ilə əhatə edilmiş məbləğin artımına yeni qanunda satınalma predmetinin maliyyə vəsaiti hesabına əldə edilməsinin təsbit olunması və ehtimal olunan qiymətin minimum məbləği 5,0 min manatdan aşağı olan - şərti ortalama məbləği 2 min 758,2 manat və sayı 1849 olan ”kiçik müqavilələr" də təsir edib.

Təqdim edilmiş məlumatlara əsasən, dövlət sifarişi çərçivəsində publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləği 958,5 mln. manat təşkil edib və bu, əvvəlki ildən 2,2 dəfə çox olub. Məbləğin artımına institusional dəyişikliklər (başqa sözlə, yeni publik hüquqi şəxslərin yaradılması) təsir edib. Dövlət sifarişi ilə yanaşı, dövlət büdcəsinin ayrı-ayrı istiqamətləri üzrə ümumilikdə təxminən 9,0 mlrd. manatdan çox vəsait publik hüquqi şəxslər tərəfindən icra edilib.

Qeyd edək ki, bu məbləğə dövlət əsaslı vəsait qoyuluşunun, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasının, ehtiyat fondlarının, dövlət sifarişi ilə bağlı olmayan digər istiqamətlərin xərcləri də daxil edilib. Publik hüquqi şəxslər üzrə sifariş mexanizmlərinin təkmilləşdirilməsini, o cümlədən vəsaitin icrasının xəzinədarlığın müşayiəti ilə həyata keçirilməsinin zəruriliyini bir daha bildiririk. Bununla bərabər, hesabat ilində təxminən 8,0 mln. manata yaxın büdcə krediti, 500,0 mln. manat dövlət subsidiyası və ssudalar verilib. Hesab edirik ki, büdcə mexanizmlərini təfsilatlı tənzimlənməyə imkan verən qaydaların -  prosedur və ya meyarları özündə əks etdirən tənzimlənmənin hazırlanması maliyyə nəzarəti baxımından çox əhəmiyyətlidir.

2024-cü ildə büdcə kəsiri 3,4 mlrd. manat məbləğində təsdiq edilmiş yuxarı həddə qarşı 551,8 mln. manat olub, 1776,6 mln. manat artıq cəlb edilmiş vəsait dövlət büdcəsinin sərbəst qalığına yönəldilib. Qalığın artımı vəsaitlərinin idarəedilməsi üzrə yeni yanaşmaları, o cümlədən vəsaitlərin və dövlət borcunun idarəedilməsi üzrə kompleks fəaliyyəti labüd edir", - deyə sədr bildirib.

Beləliklə, ötən il büdcə kəsiri 551,8 mln. manat olub.

Bəs iqtisadçılar səbəbləri nə ilə izah edirlər və bu ilin büdcəsində də kəsir gözlənilirmi?

Eldəniz Əmirov 

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a danışıb: “Əgər dövlət büdcəsinin proqnozlaşdırılan kəsiri il sonunda nəzərdə tutulandan daha az göstəricilərlə yekunlaşırsa, bunun sadə şəkildə bir neçə səbəbi ola bilər. Bunlardan birincisi - gəlirlərin daha yüksək səviyyədə icra olunması bu kəsirin həcmini azalda bilər; ikincisi - xərclərin daha az istifadə edilməsi bu kəsiri azalda bilər. Bir də hər iki amilin birlikdə təsiri, yəni həm gəlirin çox olması, həm də xərclərin az olması nəticə etibarilə büdcə kəsirinin proqnozlaşdırılandan daha az formalaşmasına gətirib çıxarır.

Amma konkret olaraq Azərbaycanda 2024-cü ilin büdcə kəsirinin azalması səbəblərinə gəldikdə isə görürük ki, yuxarıda qeyd edilən bütün amillərin müəyyən rolu var. Xərclərin idarə olunmasında müəyyən proseslərin təsiri müşahidə olunur, çünki bəzi xərclər adətən gecikdirilir. Həmçinin müəyyən infrastruktur xərcləri var ki, onlar da müəyyən dərəcədə il ərzində aparılan proseslərin ləngiməsi səbəbilə azalıb.

Eyni zamanda publik hüquqi şəxslərin rolunun getdikcə artması nəticə etibarilə onların əlavə vəsait cəlb etməsinə, bəzi xərclərin büdcədənkənar mənbələr hesabına qarşılanmasına imkan yaradır. Bu isə praktikada belə halların mümkünlüyünü göstərir".

İqtisadçı qeyd edir ki, bütün hallarda 3,4 milyard manatlıq borcun 6 dəfə azalaraq 551,8 milyon manata düşməsi təbii olaraq təqdirəlayiq haldır: “Bəs 2025-ci ildə də bu olacaqmı? Bunu birmənalı şəkildə demək çətindir. Amma nəzərə alsaq ki, Maliyyə Nazirliyinin yeni komandası dövlət büdcəsinin idarəçiliyində daha şəffaf və daha yenilikçi mövqe ortaya qoyacaq, hesab edirəm ki, 2025-ci ilin dövlət büdcəsinin icrası əvvəlki illərlə müqayisədə daha peşəkar şəkildə həyata keçiriləcək. Ən azından 2025-ci ilin geridə qalmış dörd ayı ərzində mövcud dinamikanı izlədikdə bu qənaətə gəlmək mümkündür.

Çünki həm şəffaflığın təmin olunması, həm qalıq vəsaitlərin düzgün idarə edilməsi üçün depozit siyasətinin genişləndirilməsi, həm də xərclərin mərhələli icrası və digər bu kimi məsələlər 2025-ci ildə nəzərdə tutulan təxminən 3 milyard manatdan bir qədər artıq büdcə kəsirinin müəyyən qədər daha aşağı göstəricilərlə qapadılmasına imkan verə bilər.

Yəni 2025-ci ildə büdcə kəsirinin yenidən proqnozdan 6 dəfə az olacağını gözləmirəm. O baxımdan ki, əgər sülh müqaviləsi bağlanarsa, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri daha böyük sürətlə aparılacaq və bu zaman artıq daha böyük xərclərə ehtiyac yaranacaq.

Bütün hallarda 2025-ci ildə büdcə kəsirinin yekun etibarilə nə qədər az olacağını indidən proqnozlaşdırmaq düzgün və peşəkar yanaşma olmazdı, çünki bu, bir çox faktordan asılıdır. Amma bütün hallarda hesab edirəm ki, 2025-ci ildə dövlət büdcəsi uğurla icra olunacaq"./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri