Icma.az
close
up
RU
​Azərbaycanda sahibkarların əsas problemləri nələrdir? Ekspertin ŞƏRHİ

​Azərbaycanda sahibkarların əsas problemləri nələrdir? Ekspertin ŞƏRHİ

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Kiçik və orta sahibkarlıq istənilən ölkənin iqtisadi inkişafında, yeni iş yerlərinin yaradılmasında və rəqabət mühitinin formalaşmasında mühüm rol oynayır. Son illərdə Azərbaycanda bu sahənin inkişafını təşviq etmək üçün müxtəlif güzəştlər, maliyyə dəstəyi proqramları və biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş addımlar atılıb. Bununla belə, sahibkarların maliyyəyə çıxış, bazarda rəqabət, vergi yükü və inzibati prosedurlarla bağlı üzləşdiyi çətinliklər hələ də müzakirə mövzusu olaraq qalır.

Sahibkarların fəaliyyətini genişləndirməsi və yeni bizneslərin yaranması üçün hansı əlavə dəstək mexanizmlərinə ehtiyac var?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında İctimai Şuranın sədr müavini Emin Əliyev bildirib ki, Azərbaycanda kiçik, mikro və orta sahibkarlıq ölkə iqtisadiyyatında dünya standartlarına uyğun səviyyədə yer tuta bilmir.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri Azərbaycanın neft və qaz ölkəsi olmasıdır:

“Bu amil iri sahibkarlıq subyektlərinin daha sürətlə inkişaf etməsini təşviq edir. Eyni zamanda, iri sahibkarlıq subyektləri ilə əlaqəli digər sahələrin – tikinti, inşaat, dağ-mədən sənayesi, qızıl hasilatı kimi sahələr inkişaf etməlidir. Azərbaycanda bunun üçün həm əlverişli şərait, həm də zəngin təbii resurslar mövcuddur. Nəticədə kiçik və orta biznes iri sahibkarlığın kölgəsində qalır”.

E. Əliyev qeyd edib ki, narahatlıq doğuran digər məqam iri şirkətlərin məhsul və xidmətləri kənardan almaq əvəzinə, zaman keçdikcə onları öz daxilində istehsal etməyə üstünlük verməsidir: “Normal praktikada iri şirkətlər stəkan, nəlbəki, qaşıq, çəngəl, su təchizatı, satınalma, insan resursları, təlim və digər xidmətləri kiçik və orta sahibkarlıq subyektlərindən alırlar. Dünyanın əksər ölkələrində bu model tətbiq olunur. Azərbaycanda isə iri sahibkarlar bu xidmətləri bir və ya iki dəfə kənardan əldə etdikdən sonra, malik olduqları maliyyə və resurslardan istifadə edərək həmin məhsul və xidmətləri özləri yaratmağa başlayırlar. Onlar hesab edirlər ki, bu yolla xərcləri azaldır və ehtiyac duyduqları həcmdə məhsul və xidmət istehsal edirlər. Lakin makroiqtisadi baxımdan bu yanaşma kiçik və orta sahibkarlığın inkişafına ciddi zərbə vurur”.

Onun fikrincə, məhz buna görə də Azərbaycanda mikro və kiçik sahibkarlıq əsasən dövlət satınalmalarından və dövlət sifarişlərindən asılı vəziyyətdə qalır: “Dövlət bu sahəyə əhəmiyyətli dəstək göstərir. Kiçik və orta sahibkarlıq subyektləri dövlət satınalmalarında iştirak edirlər. Son beş ildə dövlət satınalma sistemi əhəmiyyətli dərəcədə şəffaflaşıb. Xoşagəlməz hallar və ədalətsizliklər minimum səviyyəyə enib. Təbii ki, müəyyən narazılıqlar olur, lakin bir neçə il əvvəlki vəziyyətlə müqayisədə bunlar çox azdır. Bu da sahibkarlığın inkişafına müsbət təsir göstərir”.

Digər dəstək mexanizmlərindən danışan Emin Əliyev qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və fermer təsərrüfatlarının inkişafı üçün kifayət qədər geniş dövlət dəstəyi mexanizmləri mövcuddur: “Bu dəstək əsasən sahibkarların maliyyə resurslarına çıxışını təmin edir. Güzəştli dövlət kreditləri, lizinq xidmətləri və subsidiyalar aqrar sektorun, eləcə də mikro sahibkarlığın inkişafını təşviq edir. Lakin çatışmayan vacib bir mexanizm də var. Dünyanın inkişaf etmiş ölkələrində, məsələn, Yaponiyada tətbiq olunan modelə əsasən, dövlət güzəştli maliyyə dəstəyi alan sahibkara yalnız kredit verməklə kifayətlənmir. Eyni zamanda, onu peşəkar məsləhətçilər və ya konsultantlarla təmin edir”.

E.Əliyev əlavə edib ki, universiteti yeni bitirmiş və startap yaratmış gənclərin əksəriyyətinin biznes idarəçiliyi sahəsində kifayət qədər bilik və təcrübəsi olmur:“Belə hallarda dövlət öz konsultantlarını və ya özəl sektorun mütəxəssislərini həmin sahibkarlarla işləməyə cəlb edir. Mütəxəssislər sahibkarı müəyyən mərhələyədək müşayiət edir, biznesin inkişafına dəstək verir və sahibkar lazımi təcrübə qazandıqdan sonra prosesdən ayrılırlar. Bu yanaşma sahibkara biznesini müstəqil şəkildə inkişaf etdirmək imkanı yaradır. Belə mexanizmlərin tətbiq olunduğu ölkələrdə startapların iflas faizi xeyli aşağıdır. Bunun nəticəsində startaplarda və digər sahibkarlıq subyektlərində iflas göstəricisi minimum səviyyədə olur. Ümumiyyətlə, dünyada startapların təxminən 90 faizi uğursuzluğa düçar olur. Azərbaycanda isə bu göstəricinin 90 faizdən də yüksək, hətta bəzi qiymətləndirmələrə görə 99 faizə çatdığı bildirilir. Hesab edirəm ki, bu mexanizmin ölkəmizdə də tətbiqi çox faydalı olar”.

Vergi güzəştlərinə toxunan E. Əliyev bildirib ki, son illərdə dövlət tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb:“Mərhələli şəkildə müəyyən vergi güzəştləri olub. Lakin məsələyə daha geniş prizmadan baxdıqda nəzərə almaq lazımdır ki, mikro sahibkarlıqla iri sahibkarlıq faktiki olaraq eyni səviyyədə vergi ödəyir. Halbuki normal iqtisadi modeldə kiçik sahibkar daha az, iri sahibkar isə daha çox vergi ödəməlidir. Vergi növlərinin çoxluğu da sahibkarlar üçün əlavə çətinliklər yaradır. Dövlət bu istiqamətdə müəyyən güzəştlər tətbiq edib və ümid edirik ki, gələcəkdə bu güzəştlərin əhatə dairəsi daha da genişləndiriləcək”, – deyə o vurğulayıb.

Oğuz Ayvaz  

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri