Icma.az
close
up
RU
11 həkim, 7 feldşer, 26 sanitar Ağ xalatlı ŞƏHİDLƏR

11 həkim, 7 feldşer, 26 sanitar Ağ xalatlı ŞƏHİDLƏR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı – 44 günlük Vətən Müharibəsi. Bu müharibədə yalnız əsgərlər deyil, tibb işçiləri də ön cəbhədə idilər. Onlar yaralı əsgərlərin həyatını xilas etmək üçün qorxunu unutdular, əsl qəhrəmanlıq nümayiş etdirdilər, canlarından keçdilər.
Vətən Müharibəsi zamanı onlar günlərlə yuxusuz, yorğun, bəzən güllə yağışı altında xidmət etdilər. Yaralıların sayı çox idi, vaxt isə az. Hər saniyə bir həyat demək idi.
Bu həkimlərin bir çoxu ya könüllü olaraq ön cəbhəyə yollanmışdı, ya da hospital və səyyar tibb məntəqələri tərkibində döyüş bölgəsində xidmət edirdilər. Onlar üçün ağ xalat sadəcə bir peşə simvolu deyildi – bu, insan həyatına verilən dəyərin rəmzi idi. Lakin müharibə şəraitində onlaın ağ xalatı qanla qırmızıya boyandı.
6 oktyabr Beynəlxalq Həkimlər Günüdür. Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Həmin günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatının birgə təşəbbüsüdür.
Bu tarix 44 günlük Vətən müharibəsi dövründə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirən tibb işçilərini bir daha yada salır.
Modern.az-ın məlumatına görə, Vətən müharibəsində 159 hərbi tibb işçisi yaralanıb, 44 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı şəhidlik zirvəzinə ucalıb.
Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan həkimlər:

Polkovnik-leytenant Rasim Abdullayev;
Kapitan Anar Məmmədov;
Baş leytenant Nurlan Fərəməzov;
Baş leytenant Şöhrət Qasımov;
Leytenant Azər Şəmilov;
Leytenant Adil Əfəndiyev;
Leytenant Turqut Xəlilbəyli;
Leytenant Mirlətif Ağayev;
Leytenant Tariyel Salmanov;
Leytenant Aqşin Ənvərli;
Gizir Eldar Abdullayev.

Vətən Müharibəsinin şəhid həkimləri tarixə həm də vicdan, fədakarlıq və insanlıq rəmzi kimi yazıldılar.
Allah rəhmət eləsin!
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri