Icma.az
close
up
RU
11 yaşlı rəssamın rənglər dünyası

11 yaşlı rəssamın rənglər dünyası

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 2-də Bakıda Xətai Sənət Mərkəzində keçirilən 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi keçirilib. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Türkiyə Səfirliyinin Ticarət Başmüaviri Nevzat Bozkurt, Yunus Əmrə İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan, iş adamları, müxtəlif təşkilatların və media qurumlarının təmsilçiləri, o cümlədən uşaq və gənclər iştirak ediblər.

CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, gənc aparıcı Nuray Ədilzadənin təqdimatı ilə başlayan mərasimdə Yağmur haqqında qısa məlumat verilib. Bildirilib ki, valideynləri Türkiyənin məhşur iş adamları olan Yağmur Kamer 2014-cü ildə Bakıda anadan olub. Hazırda Bakıdakı British School-un 6-cı sinifində təhsil alan Yağmur 7-8 yaşlarından rəsm çəkməyə başlayıb.

Sonra sərginin keçirilməsi ideyası barədə danışan CASCFEN sədri Nadir Azəri sərginin 3 may - Türkçülük Günü ərəfəsində keçirildiyini xüsusi vurğulayıb. Nadir Azəri həmçinin Yağmurun gələcəkdə öz əsərləri ilə Türk dünyasına mühüm töhfələr verəcəyinə inandığını ifadə edib.

Açılış çıxışı edən Yunus Əmrə İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan sərginin Türk dünyası gəncləri üçün yeni və perspektivli bir başlanğıc olduğunu vurğulayıb. O, gənc rəssamın gələcəyinə inam ifadə edib.

Mərasimdə çıxış edən Türkiyə Cümhiryyətinin Azərbaycandakı Səfirliyinin Ticarət Başmüşaviri Nevzat Bozkurt da Yağmurun istedadını yüksək qiymətləndirərək, onun gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirib.

Daha sonra çıxış edən Yağmurun valideynləri Tuğba Kamer və Serkan Kamer övladlarının uğurundan qürur duyduqlarını, onun inkişafına hər zaman dəstək verəcəklərini qeyd ediblər.

Anası Tuğba Kamer, “Yağmur bizim rəngli dünyamızdır. Bu gün o, həmin rəngli dünyasını bizə və sizlərə tanıtdı. Bu, bizim üçün çox xüsusi və qürurverici bir gündür” - deyib.

Atası Serkan Kamer isə “İnşallah, Yağmurun rəsmlərini gələcəkdə daha geniş platformalarda, daha gözəl sərgilərdə görməyi arzulayırıq. Onun bu sahədə inkişaf etməsi üçün belə bir tədbirin keçirilməsi çox önəmlidir” - deyib.

Təbrik çıxışı edən Beynəlxalq Qalareyanın rəhbəri Elnurə İsgəndərova sərginin Yağmurun timsalında Türk dünyasının gələcək istedadlarına bir dəstək olduğunu bildirib, Yağmura uğurlar arzu edib.

Yağmurun rəsm müəllimi Lamiyə Yüzbaşova isə şagirdinin uğurunu onun üçün ən böyük sevinc olduğunu deyib.

Sonda Yağmur Kamer çıxış edərək öz dünyasını rənglərlə ifadə etdiyini, bu dünyanı insanlarla bölüşməkdən böyük xoşbəxtlik duyduğunu bildirib: “Rəsm çəkməyə kiçik yaşlarımdan başlamışam, amma hər bir cizgi ilə bir az daha böyümüşəm. Fırçamla təkcə rəngləri deyil, hisslərimi, xəyallarımı və öz dünyamı ifadə edirəm. Mənim dünyam bəzən rəngarəng, bəzən sakitdir, amma hər zaman mənə məxsusdur. Bəzən sözlər kifayət etmir, amma rənglər həmişə danışır. Bu sərgidə gördüyünüz hər rəsm mənim bir parçamdır. Kiçik ola bilərəm, amma içimdə böyük bir dünya var. Bu gün isə həmin dünyanı sizinlə paylaşdığım üçün çox xoşbəxtəm. Təşəkkür edirəm”.

Tədbirin yekununda Nadir Azəri Yağmur Kameryə CASCFEN adından diplom, həmçinin yazıçı Musa Mərcanlının Qarabağdakı quruculuq proseslərindən bəhs edən kitabını hədiyyə olaraq təqdim edib.

Mərasimdən sonra Yağmur Kamerin sərgilənən 20 rəsminə baxış keçirilib.

Sonda xatirə fotosu çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 May 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri