Balaca Fırçanın Böyük Dünyası: 6 Yaşlı Rəssamın İncə Dünyası
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İncəsənət sevgi ilə doğular, istedadla cilalanar. 6 yaşlı balaca rəssam olan Nur Qulizadə bu gerçəyin ən gözəl nümunəsidir. O, kiçik yaşına baxmayaraq rənglərlə hekayələr danışır, fırçasıyla duyğuların ən safını kağıza köçürür.
Uşaqlıq təxəyyülünün sərhədsizliyini, təmiz ruhunun parlaqlığını əsərlərində hiss etmək mümkündür. Onun çəkdiyi rəsmlərdə bəzən rəngarəng çiçəklər, bəzən nağıl qəhrəmanları, bəzən də özü yaratdığı sehrli aləmlər canlanır.
Ailəsinin və müəllimlərinin dəstəyilə yaradıcılığını inkişaf etdirən Nur artıq ölkə daxilində qatıldığı sərgilərlə yanaşı beynəlxalq səviyyəli sərgilərdə də iştirak edir, sosial mediada insanların rəğbətini qazanır. Ötən il Türkiyədə əsərləri sərgilənən balaca rəssam hazırda yenidən Türkiyə və Fransaya sərgi üçün səfərə hazırlaşır. O, sübut edir ki, yaş sadəcə bir rəqəmdir – əsas olan ruhun və qəlbin istedadla dolu olmasıdır.
Nur gələcəkdə böyük bir rəssam olmaq arzusundadır. Onun fırçası dünyaya daha çox sevgi, rəng və ümid gətirəcək.
Şəlalə CAMAL

Baxış sayı:112
Bu xəbər 26 Aprel 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















