Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Xalçaçı rəssamın inanc dünyası

Xalçaçı rəssamın inanc dünyası

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Eldar Mikayılzadənin sənət ibadətləri

Xalq rəssamı, UNESCO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə uşaq yaşlarından xalçaçılıqla yaxından maraqlanmış, sonradan bu sənət onun həyatının mənasına, yaradıcılıq bioqrafiyasına çevrilmişdir.

Xalq rəssamları Səttar Bəhlulzadə və Lətif Kərimovun əhatəsində püxtələşmiş gənc rəssam milli irsimizin Sultan Məhəmməd, Behzad kimi klassiklərinin yaradıcılığından ilhamlanmış, onları özünə müəllim qəbul etmişdir. Eldar Mikayılzadənin müxtəlif illərdə London, Paris, İstanbul, Brüssel kimi şəhərlərdə fərdi sərgiləri keçirilmiş, Frankfurt sərgisində “Yaranış” xalçası qızıl medala layiq görülmüşdür.

Hələ 10 yaşında ikən “Qurani-Kərim”i öyrənməyə başlayan Eldar Mikayılzadə həm də inanclı insandır. Rəssamın "114. Bismillah", "İslam", "Bismillahir-rəhmanir-rəhim", “On dörd məsum”, “Səcdə” adlı xalçaları dərin mənalı kompozisiyası ilə insanı heyran edir. Onun dinimizə və ərəb əlifbasına bələd olması “114. Bismillah” kimi bir əsərin meydana gəlməsinə səbəb olmuşdur.

İslam dinində "Bismillahir-rəhmənir-rəhim!" kəlməsi peyğəmbərə 114 dəfə nazil olmuşdur. 113 surədə başlanğıc kimi işlənmişdir. "Tövbə" surəsində isə "Bismillahir-rəhmanir-rəhim" başlanğıcda gəlməsə də, "Nəml" surəsində əvvəldə olmaqla yanaşı, ayələrin birində də işlənmişdir - bu da Quran üzrə ümumi 114 edir.

Bu mübarək cümlənin ərəb əlifbasının müxtəlif yazı və xətt şəkilləri ilə 113 cür yazılış forması məlumdur. Eldar Mikayılzadə isə öz xalçasında "Bismillahir-rəhmanir-rəhim!" cümləsinin eynilə peyğəmbərə nazil olduğu qədər yazılmasını istəmiş və onu fərqli bir yazı üsulu ilə bulud şəklində yazaraq 114-ə tamamlamış, xalçanı isə "114. Bismillah" adlandırmışdır.

Eldar Mikayılzadə sadəcə İslam deyil, digər təkallahlı dinlərə də hörmət və ehtiram göstərən sənətkar, multikultural ölkənin tolerant vətəndaşıdır. Xalçaçı rəssamın müxtəlif illərdə ərsəyə gətirdiyi "Üç peyğəmbər" , "Üç din" və "Xilaskar" kimi möhtəşəm sənət əsərləri onun səmavi dinlərə olan ehtiramının təzahürüdür.

Bu günlərdə isə ictimaiyyət Eldar Mikayılzadənin ilk dəfə olaraq Vatikanda sərgilənən “Səmavi dinlər” adlı triptixi haqqında danışır. Üç ayrı xalçadan ibarət olan bu triptix yəhudilik, xristianlıq və İslam dinlərinin tarixini, müqəddəs ayinlərini, ritual və hekayələrini özündə əks etdirir.

Yəhudilik dininə həsr olunmuş xalçanın kənar haşiyələrində David ulduzu və içərisində yerləşdirilmiş menora bu dinin rəmzi kimi diqqət çəkir. Xalça dünyanın altı gündə yaradılışı ilə başlayıb, Musa peyğəmbərin Nebo dağında dünyaya vida etməsi ilə bitir. Xalçanın kompozisiyasında Nuhun gəmisi, Yusifin quyuya atılması, İsrailoğullarının köçü, sarı rəngli inək, əhd sandığı kimi müxtəlif dini hekayələr vizuallaşdırılmışdır.

Səmavi dinlərin ikincisi olan xristianlığa həsr olunmuş xalça Məryəm ananın doğumu ilə başlayıb çarmıxa çəkilmiş İsa peyğəmbərin ruhunun göylərə yüksəlməsi ilə bitir. Xalçanın kompozisiyasında İsa peyğəmbərin müqəddəsliyi həm onun doğumu, həm də çarmıxa çəkildiyi anda ətrafında bəyaz göyərçinlərin təsvir olunması ilə göstərilib. Xalçanın kompozisiyasına İsa peyğəmbərin müxtəlif möcüzələri, həvarilərlə birlikdə sonuncu şam yeməyi kimi səhnələr daxil edilmişdir.

Təkallahlı dinlərin sonuncusu olan İslam dininə ithaf olunmuş xalça kompozisiyasının mərkəzində müsəlman dünyasının müqəddəs ziyarət yeri olan Kəbə dayanır. Xalçanın kompozisiyası İslam peyğəmbəri Həzrəti Məhəmmədin doğumu, bütlərin yıxılması ilə başlayıb, Bilal Həbəşinin Kəbədə azan çəkməsi ilə bitir. Bu xalça üzərində isə İslam dinində bütün müsəlmanlar tərəfindən qəbul edilən dini hekayələrə yer verilmiş, xalçanın müxtəlif hissələrində Quran ayələri yerləşdirilmişdir. Xalçada “Fil” surəsi-əbabil quşları, Sevr mağarası, peyğəmbərin hicrəti, Kəbənin yenidən qurulması, Bizansa elçi göndərilməsi kimi maraqlı faktlara da yer verilmişdir.

Ümumiyyətlə, Eldar Mikayılzadənin “Səmavi dinlər” triptixi estetik sənət əsəri səviyyəsini aşaraq möhtəşəm bir həyat fəlsəfəsinin, uzun illərin araşdırma və emprik biliklərinin tolerant xülasəsinə çevrilib. 3 xalça bir sənətkarın yaradıcılıq məhsulu olmaqla yanaşı, onu yetişdirən, formalaşdıran Azərbaycan mədəniyyətinin və tolerantlığının da ilmə-ilmə toxunmuş dastanıdır.

Zəminə RƏSULOVA,
Turizm Agentliyi Qoruqları
İdarəetmə Mərkəzinin elmi işçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:538
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri