Icma.az
close
up
RU
12 800 il əvvəl baş vermiş kometa toqquşmasına dair yeni sübutlar tapıldı

12 800 il əvvəl baş vermiş kometa toqquşmasına dair yeni sübutlar tapıldı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Alimlər Baffin dənizinin dərinliklərindən mühüm nəticələr əldə ediblər

12 800 il əvvəl Yer kürəsində baş vermiş kəskin iqlim dəyişikliyi və onun nəticəsində Şimali Amerikada mədəniyyətlərin süqutu, nəhəng heyvan növlərinin (məsələn, mamontların) yox olması uzun illərdir alimləri düşündürür. Bu dövr geologiyada “Gec Drias” (və ya Younger Dryas) adlanır və buz dövrünün yenidən qayıtdığı, təxminən 1200 il sürən sərt iqlim mərhələsi kimi tanınır. Bu hadisənin səbəbləri ilə bağlı bir çox fərziyyələr irəli sürülüb: okeana axan şirin su axınları, vulkanik partlayışlar və ya kosmik toqquşmalar. Son elmi tədqiqat isə bu iqlim fəlakətinin kometa ilə toqquşma nəticəsində baş verdiyi ehtimalını gücləndirir. Bu dəfə alimlər, ilk dəfə olaraq, okean dibindən — Baffin dənizindən götürülmüş nümunələrdə həmin hadisəyə dair geokimyəvi sübutlar aşkar ediblər.

Kometa toqquşmasının izləri dəniz dibindən tapıldı
ABŞ-ın Cənubi Karolina Universitetindən olan professor Kristofer Mor və beynəlxalq alimlər qrupu, Kanadanın Baffin adası ilə Qrenlandiya arasında yerləşən dənizin 2300 metr dərinliyindən götürülmüş nümunələri təhlil ediblər. Ərazinin seçilməsində məqsəd insan fəaliyyəti və sənaye çirklənməsindən uzaq, təbii şəraiti qorunub saxlanmış dəniz yataqları üzərində araşdırma aparmaq idi.

Analiz zamanı alimlər platin, iridium, nikel kimi platin qrupuna aid elementlərlə zəngin hissəciklərə rast gəliblər. Bu elementlərin Yer mənşəli olmadığı, kosmosdan gəlmiş materiallara xas xüsusiyyətlərə malik olduğu müəyyən edilib. Eyni zamanda, metal tozları, aşağı oksigenli dəmir (vüstit) və dəmir-silisium mikrozərrəcikləri də qeydə alınıb. Onların tərkibi və strukturu göstərir ki, bu cür hissəciklər yalnız kometanın atmosferdə partlayışı zamanı əmələ gələ bilər.

Fəlakətin mexanizmi necə olub?

Tədqiqatçılara görə, Yer kometa və ya asteroid qalıqları ilə toqquşub. Nəticədə baş verən partlayışlar və şok dalğaları Şimali Amerika və Arktikadakı buz qalxanlarını zədələyib. Əriyən buzlardan axan şirin sular Atlantik okeanına axaraq əsas okean axınlarını zəiflədib və bu da qlobal iqlimdə kəskin soyuma ilə nəticələnib.

Alimlər bildirirlər ki, temperatur bir il ərzində 10°C və ya daha çox aşağı düşüb, bu da Yer kürəsini yenidən buz dövrünə qaytarıb. İqlim dəyişiklikləri ilə paralel olaraq, Klover mədəniyyəti yoxa çıxıb, məməli nəhəng heyvanların çoxu isə məhv olub.

Sübutlar çoxalsa da, yekun qənaət hələ verilməyib

Qeyd edilməlidir ki, bu nəticələr kometa toqquşması hipotezini dəstəkləsə də, onu tam sübut etmir. Tədqiqatçılar izotop analizləri vasitəsilə (xüsusilə oksigen və helium-3 izotopları üzrə) mikrozərrəciklərin mənşəyini dəqiq müəyyən etməyə çalışacaqlar.

Bu tədqiqat PLOS ONE elmi jurnalında dərc olunub.

Keçmişin sirrləri gələcək üçün xəbərdarlıqdır

12 800 il əvvəl baş verən bu kimi qlobal hadisələrin öyrənilməsi nəinki keçmişin anlaşılması üçün, həm də gələcəkdə baş verə biləcək kosmik risklərin qiymətləndirilməsi baxımından vacibdir. Alimlər bu qənaətdədir ki, Yer hələ də oxşar təhlükələrlə qarşılaşa bilər və bu səbəbdən elmi müşahidələr və müdafiə strategiyaları daim inkişaf etdirilməlidir.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see286

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see161

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri