Icma.az
close
up
RU
“12 nəfərin cinayətini gizlətmək üçün 67 nəfəri ölümlə üzüzə qoymaq bağışlanmazdır VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“12 nəfərin cinayətini gizlətmək üçün 67 nəfəri ölümlə üzüzə qoymaq bağışlanmazdır VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İlk növbədə qəhrəman pilotumuza və stüardessaya Allahdan rəhmət diləyirəm. Onlar doğurdan da Azərbaycan xalqının qəhrəmanlarıdır. Çünki onlar insanların həyatlarını xilas ediblər. Canları bahasına son ana qədər soyuqqanlılıqlarını qoruyublar, vəzifələrini şərəf və ləyaqətlə yerinə yetiriblər. Ona görə də, bu qədər xalqın bura yığışması onlara olan ehtiramın göstəricisidir!.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında təyyarə qəzası zamanı həyatını itirən AZAL əməkdaşlarının dəfnində iştirak edən Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O bildirib ki, Fəxri Xiyabanda bu qədər izdihamı şəhidlərimizi verdiyimiz zaman görümüşük: "Bu qədər insan axınını biz ancaq şəhidlərimiz gələn zaman görmüşdük. Doğurdan da, onlar öz professionallıqları ilə Azərbaycan xalqının qəlbində heykəl yaradıblar. Onların Fəxri Xiyabanda dəfn olunmaları da çox qürurvericidir”.

Deputat Rusiyanın bu addımı ilə hər kəsi qəzəbləndirdiyini bildirib: "Rusiyanın addımları ilk gündən hər kəsi qəzəbləndirmişdi. Təyyarə vurulub və Rusiya ərazisinə enməyə icazə verilməyib. Rusiya Azərbaycan təyyarəsini Xəzər dənizinə göndərməklə sanki onları ölümə göndəriblər. Bu addımı atmaqda məqsədləri isə iz itirmək olub. Bütün bunlar yəqin ki, qara qutu açılandan sonra istintaq tərəfindən müəyyənləşəcək. İstənilən halda Rusiyanın təhlükəsiz ölkə olmadığı gündəmə gəldi. Necə ola bilər ki, əgər bir hava limanında havadan hücum qüvvələri, müdafiə raketləri yerləşdirilirsə, avtomatik rejimə qoyulubsa və yaxud onun arxasında duranların professionallıqları yoxdursa, göydə uçan hər bir aparata, təyyarəyə və ya digər qurğulara güllə atacaqlarsa, raket buraxacaqlarsa bu necə bir dövlətdir. Bu necə müharibə aparır. Bütün bunlar hamısı suallar doğurur.

Millət vəkili Rusiya Prezidentinin İlham Əliyevə zəng etməsinin ümid yaratdığını bildirib:

"Dünən Rusiya Prezidenti Putinin İlham Əliyevə zəng etməsi müəyyən bir ümidlər yaratdı. Hər halda Azərbaycan xalqının da bir az əsəbləri sakitləşmiş oldu. Amma yenə də, qara qutu açılmalı və ordakı məlumatlar bilinməlidir. Bizə ən maraqlı olan təyyarənin Rusiya ərazisində enməsinə icazə niyə icazə verilməməsidir. Məsələ burasındadır ki, mən bu gün ABŞ-dan, Kanadadan, Latviyadan olan pilotların, ekspertlərin rəylərini oxudum. Bu "Euronews"da var idi. Bizim saytlar da bunu tərcümə edib yayımlamışdılar. Onlar qeyd ediblər ki, o təyyarənin hələ ki, hidrovlikası pozulmayıb. Ümumiyyətlə, "Embraer” təyyarəsində elə sistemlə qurulub ki, o təyyarə hər hansı zədə alsa belə havada qala bilir. Əgər onlara hər hansı hava limanında enməyə icazə verilsə idi, o zaman bütün sərnişinləri xilas etmək mümkün olacaqdı. Təyyarədə olanların enməsinə bu qədər əngəl yaradılıbsa, onlara cəza verilməyibsə və bu faktı gizlədib, onları öldürmək istəyiblərsə, düşünürəm ki, istintaq nəticəsində bunun üstü açılan zaman Rusiya və Azərbaycan arasında münasibətlər yenə gərginləşə bilər. 67 nəfəri bilərəkdən ölümə göndərmək birbaşa humanizmdən kənar mövzudur. 1-2 nəfərin cinayətini gizlətmək üçün 67 nəfəri ölümlə üz-üzə qoymaq bağışlanmazdır".

Günel Hüseynli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Dekabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see178

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see137

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see130

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri