Icma.az
close
up
RU
12 üzüm yemək, şam yandırmaq... İslamda Yeni İl ritualları məna daşıyırmı?

12 üzüm yemək, şam yandırmaq... İslamda Yeni İl ritualları məna daşıyırmı?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yeni ilin yaxınlaşması ilə bir çox cəmiyyətlərdə müxtəlif adət və rituallar gündəmə gəlir. Bəzi insanlar stolun altında üzüm yeməyi, bəziləri şam yandırmağı, digərləri isə simvolik hərəkətlər etməyi ənənə halına çevirir. Bu cür davranışların İslam dini ilə birbaşa əlaqəsi yoxdur".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
"İslamda əsas meyar Qurani Kərim və Peyğəmbərin sünnəsidir. Quranda Allah təala buyurur: “Bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və sizin üçün din olaraq İslamı seçdim” (əl Maidə, 3). Bu ayə göstərir ki, dinin hökmləri tamamlanıb və Qurandan və sünnədən qaynaqlanmayan hər hansı ritual dini mahiyyət daşımır.
Peyğəmbərimiz də buyurur: “Kim bizim dinimizdə olmayan bir şeyi ortaya çıxararsa, o rədd olunmuşdur” (Buxari, Müslim). Bu baxımdan yeni il gecəsi üzüm yemək, stolun altında oturmaq, şam yandırmaq kimi adətlər İslamın tərkib hissəsi deyil. Bunlar daha çox müxtəlif xalqların mədəniyyətindən və folklorundan qaynaqlanan simvolik davranışlardır".
O bildirib ki, İslam alimləri də dinlə mədəniyyət arasındakı sərhədin qorunmasının vacibliyini vurğulayıblar:
"İbn Teymiyyənin qeyd etdiyi kimi, müsəlmanların başqa xalqların dini ayinlərini təqlid etməsi doğru deyil. Lakin dinə zidd olmayan mədəni adət və ənənələr haram sayılmır.
Müasir baxışdan yanaşdıqda, yeni ildə edilən bu cür davranışlar insanların gələcəyə ümidlə baxmaq, xoş arzularla yeni başlanğıca qədəm qoymaq istəyini ifadə edir. Bu isə psixoloji və sosial ehtiyacdır. İslam dini də ümidli olmağı təşviq edir. Quranda buyurulur: “Allahın rəhmətindən ümidinizi kəsməyin” (əz Zümər, 53)".
İlahiyyatçı deyib ki, lakin bu ümid və niyyətlər müəyyən rituallarla ifadə edilərək onlara dini məna yüklənərsə, bu artıq bidət sayılır:
"Peyğəmbərimiz bidətin zəlalət olduğunu və insanı yanlış yola aparacağını bildirib.
Nəticə etibarilə, yeni il gecəsi edilən bu cür rituallar İslamla birbaşa bağlı deyil. Bunlar dini ibadət yox, mədəni davranışlardır. İslam insanlara mədəniyyətlərini yaşamaq azadlığı verir, yalnız şəriətə zidd olan əməllərdən çəkindirir. Əsas olan yeni ili Allahın verdiyi ömür nemətinə şükürlə qarşılamaq, onu ibadət və yaxşı əməllərlə dəyərləndirməkdir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri