Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İslamda musiqi haramdırmı?

İslamda musiqi haramdırmı?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özünü dindar kimi təqdim edən Rəşad Hümbətovun sosial şəbəkədə yayılan videosu cəmiyyətdə geniş müzakirələrə və sərt reaksiyalara səbəb olub. Hümbətov videoda musiqiyə qulaq asmağın İslam dini baxımından haram olduğunu iddia edir və bunu “əxlaqsızlıq və sapmalara yol açan bir vasitə” kimi təqdim edir.

Onun çıxışında deyilir: “Musiqiyə qulaq asmaq İslam baxımından haramdır. Bu, əxlaqsızlığa, fahişəliyə və digər sapmalara yol açır”. 

Hümbətovun bu çıxışı sosial mediada istifadəçilərin kəskin tənqidləri ilə qarşılanıb. Bir çox istifadəçi bu fikirləri “çağdışı, cəhalət dolu və insan azadlıqlarına müdaxilə” kimi qiymətləndirib. Onlar Hümbətovun iddialarının Azərbaycan cəmiyyətinin müasir və tolerant dəyərlərinə uyğun olmadığını vurğulayıblar.

İslamda musiqi haramdırmı?

Din alimləri qeyd edirlər ki, Qurani-Kərimdə musiqi ilə bağlı konkret bir qadağa ifadəsi yoxdur. Yalnız əgər musiqi Allaha, insanı yaxşılığa, mənəvi dəyərlərə çağırırsa və haram məzmun daşımırsa, məqbuldur, lakin günah, əxlaqsızlıq, şərab, zina və digər haramları təbliğ edən musiqi növüdürsə, dinə ziddir. Müsəlman bir şəxs musiqini dinləyərkən onun imanına və mənəviyyatına təsirini nəzərə almalıdır.

News24.az xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, əvvəlcə bütün ilahiyyatçılara tövsiyə edirəm ki, açıqlamalarında diqqətli olsunlar və bilsinlər ki, bu cür fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır və geniş müzakirələrə səbəb olur. Buna görə də hər bir ilahiyyatçı açıqlama verərkən çox ehtiyatlı və düşüncəli olmalı, bu incə məqamları nəzərə almalıdır.

Musiqi ilə bağlı məsələyə gəldikdə, burada alimlərin müxtəlif yanaşmaları mövcuddur. Bəzi alimlər və məzhəblər musiqinin haram olduğunu bildirir, digərləri isə müəyyən hallarda, məsələn, vətənpərvərliyi təbliğ edən musiqilərin icazəli olduğunu qəbul edir. Yaxşı olardı ki, bu məsələyə yanaşarkən ilahiyyatçılar öz məzhəblərinin mövqeyini nəzərə alsınlar. Musiqini əxlaqsızlıq və ya fahişəliklə əlaqələndirmək düzgün yanaşma deyil. Dinin bu məsələyə yanaşmasından asılı olmayaraq, musiqi mədəniyyətin bir hissəsidir və bu mədəniyyət haqqında danışarkən diqqətli olmaq lazımdır.

Musiqinin insanı hansısa əxlaqsızlığa, tərbiyəsizliyə və ya yanlış yola sürüklədiyini iddia etmək doğru deyil. Belə bir yanaşma həm yanlış mövqedən çıxış etməkdir, həm də dinimizə xələl gətirə bilər. Musiqi barədə verilən bəzi fikirlər İslamın ümumi prinsiplərinə və onun mədəniyyətə verdiyi dəyərə uyğun gəlmir.

Din həm mədəniyyətin bir parçasıdır, həm də mədəniyyətə hörmət edən bir dindir. Bu səbəbdən, musiqi kimi məsələlərə yanaşarkən reallıqları və həqiqətləri nəzərə almalıyıq. Səsləndirilən fikirlər dini dəyərlərimizə və mənəviyyatımıza zidd olmamalıdır. Kim hansı məzhəbə mənsubdursa, o məzhəbə uyğun fikrini bildirməlidir.

İslam sülh və mədəniyyət dinidir. O, mədəniyyətə hörmət edən bir dindir. Din haqqında dəqiq bilgisi olmayan bir şəxs bu cür sərt açıqlamaları eşidəndə düşünə bilər ki, İslam mədəniyyətə qarşıdır və musiqini əxlaqsızlıqla əlaqələndirir. Bu, yanlış bir təsəvvür yaradır. Buna görə də musiqi ilə bağlı fikirlər irəli sürərkən çox ehtiyatlı və məsuliyyətli bir yanaşma nümayiş etdirməliyik".

Dini mövzular üzrə araşdırmaçı yazar Rəsul Mirhəşimli də qeyd edib ki, İslam alimlərinin musiqiyə münasibəti birmənalı deyil: “Bu baxımdan, mövzunun mürəkkəbliyini nəzərə alsaq, birmənalı şəkildə bütün musiqilər haqqında halal və ya haram hökmü vermək çətindir, bəzən isə ümumiyyətlə mümkün deyil.

Musiqinin ifasını və dinlənilməsini məqbul sayan alimlər Qurani-Kərimdə musiqini qadağan edən ayələr olmadığını əsas gətirərək, bu məsələdə qadağanı düzgün hesab etmirlər. Bu alimlər Quranın avazla oxunmasını, azanın musiqi ladları üzərində verilməsini əsas gətirərək, musiqi ifaçılığına və onu dinləməyə dair fikirlərini bu şəkildə əsaslandırırlar. Həmin alimlərin istinad yeri həmçinin hədislər olduğundan musiqinin halal olması barədə gətirdiyi misallar arasında İbn Macənin topladığı hədislər də yer alır. Bu alimlərə görə, musiqi bütövlükdə haram elan edilə bilməz, yalnız halal və haram musiqilər təsnifatına uyğun bölünür. Bu baxışların necə olduğunun izahını verəsi olsaq, o zaman həmin alimlər insanın əxlaqında mənfi çalarlara yol açmayan, şəhvət yaratmayan, sözlərində şirk olmayan musiqilərin məqbul olduğu düşüncəsini müdafiə ediblər. 

Musiqinin haram olmadığı düşüncəsini müdafiə edənlər dörd səmavi kitabdan biri sayılan Zəburun endirildiyi Hz.Davud (ə) peyğəmbərin gözəl avazı olması barədə rəvayəti də əsas gətirirlər.

Hənəfi məzhəbinin qurucusu olan Əbu Hənifə adı ilə tanınan Numan ibn Sabit musiqinin haram olub-olmaması məsələsində daha mülayim bir yanaşma nümayiş etdirib. O, musiqinin bəzi hallarda məkruh olduğunu, lakin əgər musiqi dinləmək insanı Allahdan uzaqlaşdırmazsa və insana zərər verməzsə, o zaman qəbul edilə biləcəyini söyləyib. Həmçinin musiqinin haram olmasından daha çox musiqinin insanın dini həyatına mənfi təsir etməməsi məsələsinə diqqət yetirilir.

Yuxarıda qeyd etdiyimiz kimi, İslamda musiqinin qəbul edilib-edilməməsi barədə müxtəlif baxışlar mövcuddur. Həm qədim, həm də müasir dövrdə bir çox alimlər bu mövzuda müxtəlif fikirlər irəli sürüblər. Musiqinin qadağan edilməsi fikri əsasən İslamın bəzi konservativ təfsirçiləri tərəfindən müdafiə edilsə də, musiqinin müəyyən şərtlərlə qəbul edilə biləcəyini deyən alimlər də var.

Hənbəli məzhəbinin qurucusu olan Əhməd ibn Hənbəl isə musiqi barədə çox sərt mövqe tutanlardan olub. Onun mövqeyi yalnız musiqinin haram olmasına deyil, həm də musiqi ilə bağlı çox sərt şərtlər qoyulmasına aiddir. Lakin Əhməd ibn Hənbəl bu məsələyə fərqli yanaşmaların olması mövzusunda daha çox fərqli təfsirlər və halların olduğunu vurğulayıb.

Müsəlman mütəfəkkirlərindən biri olaraq tanınan Fəzl ibn İyad isə musiqi ilə bağlı müəyyən açıq fikir sərgiləyib. O, musiqinin ifasının haram olmadığını, amma bu sənətə həddindən artıq meyl etməyin insanı Allahdan uzaqlaşdıracağından narahat olduğunu qeyd edib. Musiqini haram saymayan alimlər arasında İmam Qəzalini də göstərmək olar. İmam Qəzali musiqini bütövlükdə haram saymasa da, onun insanı Allahdan uzaqlaşdıran və zamanla mənəvi dəyərləri zəiflədən bir vasitə olması fikrini irəli sürüb. Bu səbəbdən, İmam Qəzali musiqinin istifadəsinin mütləq şəkildə zərərli olmadığı, amma təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Bu da bəzi musiqilərin insanda mənfi emosiyalar və düşüncələr yarada bilməsi barədə təhlükələrin əsas gətirilməsi ilə bağlı olub.

Göründüyü kimi, alimlərdən bəziləri musiqinin müəyyən şərtlərlə qəbul edilə biləcəyi fikrini müdafiə edib, bəziləri isə onun daha çox mənfi təsir göstərdiyini düşünərək təmkinli yanaşıb. Bu alimlərin yanaşmasında daha çox şəxsi təcrübələr və dövrün mədəniyyəti də öz təsirini göstərib. İslamda musiqinin məqbul olub-olmaması məsələsi bir çox fərqli fikirlərin olduğu bir mövzudur və bu barədə yekdil bir fikrin olduğu iddiası ilə kimsə mülahizə yürüdə bilməz.

Sonda ortaya atılan mövzuya münasibətdə özünü göstərən psixoloji və etik cəhətlərə diqqət çəkmək istəyirəm. İslam dini fərqli fikirlərə hörmətlə yanaşan, plüralizmin cəmiyyətin inkişafında müsbət rol oynayacağını müdafiə və təşviq edən mütərəqqi dindir. Elə buna görə də Qurani-Kərim fərqlilikləri bəyan etdiyi üçün Furqan olaraq da təqdim edilir. Dinimiz fərqlilikləri müqayisəli şəkildə ortaya qoyur, nəyin xeyirli, nəyin şər olduğunu açıqlayır. Başqa sözlə, İslamın bir məsələyə münasibətinin necə olmasına diqqət etsək, görəcəyik ki, dinimiz insanı Allahdan uzaqlaşdıra biləcək bütün əməllərin məqbul olmadığını öyrədir. Bu səbəbdən hansısa fikri ortaya atanda insanın öz düşüncəsi və istinad etdiyi mənbələrin irəli sürdüklərindən asılı olmayaraq, bu fikrin cəmiyyət üzvlərini aşağılamaq, təhqir etmək kimi meyllər üzərində qurulmasından qaçmaq lazımdır. Çünki cəmiyyət bir çox hallarda insanların davranış və fikirlərini əsas gətirib, İslam dini haqqında fikir və iddialar irəli sürür. Bu zaman da düşünmədən deyilən söz dini hədəfə alır.

Bu fikirlərin əleyhinə olanlar isə sözü deyənin şəxsiyyətini və mənsub olduğu dini təhqir etməkdən çəkinməlidir. Hz.Əlinin (ə) buyurduğu “İnsanın şəxsiyyəti haqq ilə batilin meyarı ola bilməz. Haqq ilə batilin meyarı insanın əməlləridir”, fikrinə istinad etsək, diskussiyalarda etik çərçivədən kənara çıxmağın yolverilməz olduğunu tövsiyə edirik. Çünki doğru fikir təhqir və nalayiq davranışlarla ortaya çıxa bilməz, onun tapılmasında ən düzgün yanaşma ədəb çərçivəsini aşmayan, dəlillər üzərində qurulan müzakirələrdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:341
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri