Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Şəhidlərin və ya dünyasını dəyişənlərin ruhuna şam yandırmaq ayini İslamda yoxdur

Şəhidlərin və ya dünyasını dəyişənlərin ruhuna şam yandırmaq ayini İslamda yoxdur

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Son zamanlar şəhidlərin və ya dünyasını dəyişənlərin xatirəsinə şam yandırmaq ənənəsi müşahidə olunur. Əvvəlcə onu qeyd edim ki, İslam dini insan həyatının bütün sahələrinə işıq tutduğu kimi, mərhumların yad olunması və şəhidlərin ruhunun anılması mövzusunda da aydın ölçü və qaydalar müəyyən edib. Şam yandırmaq ayini İslamda yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı Əkrəm Həsənov danışıb. İlahiyyatçı qeyd edib ki, Qurani-Kərimdə Allah Təala buyurur: “Hər kəs öləcəkdir. Sonra isə siz yalnız Qiyamət günü öz əməllərinizin tam qarşılığını alacaqsınız.” (Ali-İmran, 185).

“İnsanın vəfatından sonra ona fayda verəcək yeganə şey onun iman və saleh əməlləridir. Peyğəmbərimiz (s) isə buyurub: “İnsanoğlu vəfat etdikdə onun əməl dəftəri bağlanar, yalnız üç şey qalır: davam edən sədəqə, faydalı elm və saleh övladın duası.” (Müslim, Vəsiyyə, 14). Bu iki mənbə bizə göstərir ki, ölənlərə fayda verən əsas yol onların ruhuna dua etmək, xeyirxah işlər görmək, Quran oxumaq və sədəqə verməkdir”-deyə Əkrəm Həsənov əlavə edib.

İlahiyyatçı bildirib ki, İslamda şam yandırmaq kimi bir ibadət və ya xeyir əməl anlayışı yoxdur, bu ənənə əsasən xristianlıqda icra olunur: “Xristianlar kilsədə dua zamanı vəfat edənlərin ruhu üçün şam yandırırlar. Eləcə də, bəzi qədim dinlərdə – xüsusilə Zərdüştilikdə və hinduizm ənənələrində od və işıq müqəddəs sayıldığından, şam və çıraq yandırmaq mərasimlərdə yer alıb. Məsələn; hindu məbədlərində ölənlərin ruhuna işıq göndərmək məqsədilə lampalar yandırılır. Zərdüştilikdə isə od əbədi həyatın rəmzi hesab olunurdu. Yəni şam yandırmaq, bir çox qeyri-islam dinlərində rəmzi mənaya malik olub”.

Əkrəm Həsənov qeyd edib ki, müsəlman alimləri bu məsələyə aydınlıq gətirərək deyiblər ki, şam yandırmaq İslamın ibadət anlayışında yoxdur: “İbn Teymiyyə, İmam Nəvəvi, Qurtubi kimi alimlər vurğulayıblar ki, müsəlmanın ibadətində əsas meyar Peyğəmbərimizin (s) göstərdiyi yol və onun sünnəsidir. Çünki Allah Quranda buyurur: “Peyğəmbər sizə nə verdisə onu götürün, sizə nəyi qadağan edibsə ondan çəkinin.” (Həşr, 7). Peyğəmbər (s) və səhabələr isə nə şəhidlər üçün, nə də başqa vəfat edənlər üçün şam yandırmayıblar. Onlar dua ediblər, Quran oxuyublar, sədəqə veriblər.

Buradan nəticə çıxır ki, şam yandırmaq İslamda ibadət deyil, bidət xarakteri daşıyır. Bidət isə insanı dindən çıxarmasa da, qəbul olunmuş ibadəti dəyişdiyi üçün günah sayılır. Çünki Peyğəmbərimiz (s) buyurub: “Hər kim bizim dinimizdə olmayan bir şeyi əlavə etsə, o rədd olunacaqdır.” (Buxari, Müslim). Yəni müsəlmanın niyyəti nə qədər saf olsa da, ibadət formasında olmayan bir işi dini ayin kimi yerinə yetirmək düzgün deyil.

Əlavə olaraq qeyd edim ki, bir çox alimlər şam yandırmağı xristianlara və qeyri-müsəlmanlara bənzətmək kimi görmüşlər. Halbuki Peyğəmbərimiz (s) buyurub: “Kim bir qövmə bənzəsə, o da onlardandır.” (Əbu Davud). Bu hədisə görə müsəlman öz dinini başqalarının dini ritualları ilə qarışdırmamalıdır.

Bununla belə, bir məsələni də düzgün ayırd etmək lazımdır: əgər bir insan şamı sırf işıqlandırmaq, qaranlığı aradan qaldırmaq üçün yandırırsa, bunda heç bir qadağa yoxdur. Amma onu dini məna daşıyan bir rəmzə çevirmək, “ruha fayda verəcək” düşüncəsi ilə etmək İslam baxımından qəbul edilməzdir”.

İlahiyyatçı vurğulayıb ki, İslamda ölənlər üçün ən gözəl yad etmə üsulu onların ruhuna dua etmək, Quran oxumaq, xeyirli əməllər görmək və sədəqə verməkdir: “Şam yandırmaq isə İslam ibadətlərindən biri deyil, başqa dinlərin adətidir. Müsəlmanın belə bir adəti dinə aid iş kimi etməsi doğru deyil. Bu, onu dindən çıxarmır, amma bidət və bənzətmə olduğu üçün günah sayılır. Ən gözəl yol Peyğəmbərimizin (s) və səhabələrin yolunu izləməkdir”.

P.S. Bir sözlə, İslam dinində şam yandırmaq qəbul olunan adət deyil. Bəzi hallarda, bu davranış günah hesab edilir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see392

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri