1214 şagirdi sevindirən xəbər Nazirlik məlumat yaydı
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları, ixtisas fənlərinin tədrisi üçün fərdi və qrup məşğələ auditoriyaları, eləcə də yaradıcılıq emalatxanaları qurulub. Təhsil müəssisəsi tədris prosesinin təşkili üçün zəruri alət, inventar və digər avadanlıqlarla təmin edilib. pizza hut
Hazırda gimnaziyada 1214 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur. Burada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir.
Gimnaziyada şagirdlərə milli və klassik musiqi ilə yanaşı, müxtəlif incəsənət istiqamətləri üzrə bilik və bacarıqlar aşılanır, onların yaradıcılıq potensialının inkişafına şərait yaradılır.
Qeyd edək ki, İncəsənət Gimnaziyasının 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Oktyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















