Icma.az
close
up
RU
13 15 yaşlı uşaqlar niyə təhlükədədir? Psixoloq danışdı

13 15 yaşlı uşaqlar niyə təhlükədədir? Psixoloq danışdı

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə 13-15 yaş arası uşaqlarla bağlı gündəmdə olan hadisələr, xüsusilə də zorakılıq, hamiləlik və evdən qaçmalar kimi ağır mövzular cəmiyyətdə narahatlıq doğurur. Bəs günahkar ailədir, yoxsa bunlar artıq azyaşlıların özləri üçün yeni əyləncəyə çevrilib?

Psixoloq Zeynəb Əyyubova Metbuat.az-a açıqlamasında bildirib ki, azyaşlılarla bağlı baş verənlər cəmiyyətin artıq bu məsələyə ciddi yanaşmalı olduğunun göstəricisidir:

"Bu yaş dövrü, yəni yeniyetməlik uşağın nə uşaq, nə də tam yetkin olmadığı bir mərhələdir və çox həssas dövrdür. Əgər bu yaşda bir uşaq bu cür hallara düşürsə, burada təkcə ailəni günahlandırmaq və ya uşağı qınamaq problemi həll etmir. Bu, həm ailənin, həm məktəbin, həm də cəmiyyətin birgə məsuliyyətidir. Uşaqlar boşluqdan, diqqətsizlikdən, emosional baxımdan dəyərsiz hiss etdiklərindən belə yanlış yollara yönəlirlər".

Psixoloq ailələrin övladlarını “yaxşı oxuyur”, “çox danışmır”, “evdədir” deyə rahat buraxmasını da qınayıb:

"Bir uşağın otağına çəkilib saatlarla internetdə nə etdiyini, kimlərlə yazışdığını, nələr izlədiyini bilməmək ciddi riskdir. Sosial şəbəkələrdə uşaqlara cazibədar görünən, amma təhlükə saçan “trendlər”, tanımadığı insanlarla qurduğu emosional bağlar onu çox asanlıqla manipulyasiya olunan hala gətirə bilir".

Z.Əyyubova qızların necə tərbiyəli edilməsi ilə bağlı deyib ki, əsas məsələ təkcə nə geyindiyi, kimlə dostluq etdiyi deyil, onun özünü necə hiss etdiyi, özünü sevməyi, “yox” deməyi, təhlükəni ayırd etməyi öyrətməkdir:

"Ailə içində sevgi, anlayış və güvən mühiti olduqda, uşaq başına bir problem gələndə qorxub susmur, valideynə açılır. Uşaqlara qadağa qoymaqla yox, səbəbini izah etməklə, dinləməklə, onunla dost olmağa çalışmaqla yaxın durmaq lazımdır. Biz qızlarımıza dəyər verdikcə onların da özlərinə və gələcəklərinə verdiyi dəyər artır".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri