Mirzoyan: “Etimadı cəmiyyətlər yaradır, təkcə hökumətlər yox”
Icma.az bildirir, Tribuna portalına istinadən.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrini dialoqa və səbrə çağırıb, vurğulayıb ki, xalqlar arasında etimad məhz bu yolla möhkəmlənir.
Tribuna xəbər verir ki, Brüsseldə “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun sammitində çıxış edən nazir bildirib ki, Cənubi Qafqazda artıq sülhün yalnız hipotetik imkanından deyil, artıq əldə olunmuş sülhdən danışılır.
Mirzoyan qeyd edib ki, sülh təkcə müharibənin olmaması deyil: “Hökumətlər sazişlər imzalaya bilər, amma etimadı yaradan cəmiyyətlərdir. Həqiqi dialoq və barışıq sizin əlinizdədir”. O, həmçinin son vaxtlar İrəvan və Bakıda Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında baş tutan birbaşa təmasları alqışlayıb və bunları dayanıqlı sülhə doğru mühüm addım kimi dəyərləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 04 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















