Icma.az
close
up
RU
Elektronlaşmayan tərcümə xidməti paytaxtda tıxacı artırır

Elektronlaşmayan tərcümə xidməti paytaxtda tıxacı artırır

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bir neçə gün əvvəl nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev tıxac problemi ilə bağlı maraqlı mövqe ortaya qoymuşdu. Rauf müəllim haqlı olaraq qeyd edirdi ki, bəzi xidmətlər tam elektronlaşsa minlərlə insan küçələrdən yığışar və yollarda müəyyən qədər seyrəklik yaranar. 

Hörmətli ekspertin fikri ilə razıyam və bunu gündəlik fəaliyyətimdə də görürəm. 

Yəqin çoxlarının yolu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qarşısından keçib və bu ərazidəki tıxac və parklama problemini görüb.

Parklama probleminin başlıca səbəbi bu ərazidə fəaliyyət göstərən tərcümə mərkəzləridir. 

İlk baxışdan tərcümə fəaliyyətinin tıxaca səbəb olması qəribə görünsə də, faktdır. Sadə bir misalla vəziyyəti izah edək: Vətəndaş hansısa sənədi, məsələn diplomunu tərcümə etdirmək istəyir. O, bunun üçün bir dəfə tərcümə mərkəzinə gələrək sənədin əslini təqdim edir, bir neçə saat sonra isə hazır sənədi gəlib götürür. Tərcüməçi isə sənədi götürüb hazırladıqdan sonra əlavə olaraq notariusda imzasını təsdiq etdirir. Buna görə də, sifarişçi tərcümə mərkəzinə azı 2 dəfə gedib-gəlməyə, tərcüməçi isə hər gün işə gəlməyə və notarius xidmətinə gün ərzində dəfələrlə müraciət etməyə məcburdur. 

Pandemiyadan sonra gediş-gəliş və iqtisadi əlaqələr artdığı üçün tərcümə mərkəzləri hər gün minlərlə müraciət qəbul edir. Müraciət edən şəxs avtomobillə gəldikdə tıxac, ictimai nəqliyyatla gəldikdə isə sıxlıq yaradır. Halbuki, proseduru elektron sistemə keçirərək yollarda müəyyən qədər seyrəklik yaratmaq mümkündür.

Tərcümə edilən sənədin notarial təsdiqi SSRİ-dən miras qalmış ənənədir. Avropa ölkələrində və elə Türkiyənin özündə bu sistemlə çoxdan vidalaşıblar. Avropada tərcüməçi ixtisasına yiyələnən şəxs ölkədən asılı olaraq ya notarius, ya məhkəmə, ya da prokurorluqda bir dəfə qeydiyyata düşür. Ardınca vergi orqanına müraciət edərək sənəd alır və fəaliyyətə başlayır. 

Müasir elektron sistemlər hansısa sənədi məsafə məhdudiyyəti olmadan tərcüməçiyə göndərməyə, tərcümə etdirməyə, imzalatmağa və geri qəbul etməyə imkan verir. Buna görə də yazılı tərcüməçilər Avropada əksər hallarda işlərini evdən yerinə yetirirlər. Tərcümə mərkəzlərinin işi yalnız kiçik bir ofis icarəyə götürərək müştərini tərcüməçi ilə əlaqələndirməkdir. 

Azərbaycanda isə, imza məsələsinə görə tərcümə mərkəzi mütləq notariusa yaxın yerdə fəaliyyət göstərməlidir. Mərkəz həm də çoxsaylı yazılı tərcüməçi kontingenti üçün ofisdə yer təmin etməlidir. Halbuki, elektron sistemə keçid olsa hər gün yüzlərlə tərcüməçi şəhərin mərkəzinə işə gəlmək məcburiyyətində qalmaz. Üstəgəl, tərcümə fəaliyyətinin notariusun iş rejimindən asılılığı da aradan qalxar. 

Avropa ölkələrində pandemiya aradan qalxdıqdan sonra da bir çox müəssisə məsafədən iş rejimini ləğv etməyib. Çünki bu rejim elektrik, su və digər xərclərə qənaət etməyə imkan verir. Daha az sayda əməkdaşın işə çıxması kiçik ofis icarəyə götürərək kapitalı artırmağa şərait yaradır. Bizcə, belə bir təcrübənin Azərbaycanda da tətbiqinin vaxtı çatıb. Yazılı tərcüməçilərin qeydiyyat məsələsini ASAN Xidmət vasitəsi ilə asanlıqla həll etmək mümkündür. Bundan sonrası isə tərcüməçinin məsuliyyətinə aiddir. Qəsdən və ya  bilməyərəkdən edəcəyi səhvə görə cavabdehlik daşıyacaq.

Qanuna görə notarius tərcümənin mətnini deyil, tərcümə edənin imzasını təsdiq edir. Buna görə də tərcüməçini bir dəfə ASAN Xidmətdə və vergi orqanında qeydiyyata alaraq onun kimliyi barədə məlumat bazası yaratmaq kifayət edir. Bir sənəd üçün 2 nəfərin şəhərin mərkəzinə gəlməsi texnologiya əsri üçün reqressiyadır. Hər gün minlərlə adamın tərcümə üçün ADPU-nun qarşısına və ya ASAN Xidmət mərkəzlərinə gəlməsi isə əlavə tıxac və ictimai nəqliyyatda sıxlıq mənbəyidir. Tərcümə fəaliyyətindən yaranan sıxlığı isə aradan qaldırmağa texniki imkanlar kifayət qədərdir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri