Icma.az
close
up
RU
Braziliyada növbəti qəribə hadisə: İkardi kimi sevindiyinə görə meydandan qovuldu

Braziliyada növbəti qəribə hadisə: İkardi kimi sevindiyinə görə meydandan qovuldu

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliyanın B seriyasında keçirilən ''Qoyas'' - ''Villa Nova'' oyunu həm məhsuldar, həm də maraqlı alındı.

''Football-plus.az'' xəbər verir ki, meydan sahibi ''Qoyas'' iki dəfə hesabda önə keçsə də, ''Villa Nova'' hər iki halda bərabərlik qolunu vurmağa müvəffəq oldu və nəticədə görüş 2:2 hesabı ilə yekunlaşdı.
Qonaqlar bərabərlik qolunu 89-cu dəqiqədə vurdular və məhz bundan sonra böyük müzakirələrə səbəb olan bir olay yaşandı. Qolun müəllifi Arilson sevinərkən komanda yoldaşı Elias da ona yaxınlaşaraq əllərini qulaqlarına apardı. Daha çox Mauro İkardinin adı ilə bağlı olan bu qol sevincindən dünyanın bir çox ölkələrində dəfələrlə istifadə olunub. Elə İkardi özü də Türkiyədə az qala vurduğu hər qoldan sonra məhz bu cür sevinir. Amma ''Qoyas'' - ''Villa Nova'' matçının hakimi qəribə şəkildə bu sevinci rəqib fanatları təxribata çəkmək kimi qiymətləndirdi. Bu üzdən o, Eliasa sarı vərəqə göstərdi. Daha öncə bir sarı vərəqəsi olan bu futbolçu meydanı tərk etmək məcburiyyətində qaldı.
Bu epizod Braziliya futbol ictimaiyyətində heç də birmənalı qarşılanmadı. Çoxlarının fikrincə, hakim futbolçuya qarşı hədsiz sərt mövqe tutdu və bu cür qol sevincində qeyri-adi heç nə yoxdu. Ümumiyyətlə, son vaxtlar Braziliya futbolundan belə qəribə xəbərlər tez-tez gəlir. Bir müddət öncə Braziliyada ən çox müzakirə olunan mövzu futbolçunun iki ayağı ilə topun üzərinə çıxmağa haqqının olub-olmaması idi. Təsəvvür edin, Braziliyada bu cür hərəkətə yol verən futbolçuya sarı vərəqə göstərilir!
İki həftə öncə ''Korintians'' - ''Palmeyras'' matçının son anlarında Memfis Depayın iki ayaqla topun üzərinə çıxması çox böyük bir qalmaqala səbəb olmuşdu. ''Palmeyras''lılar bu hərəkətə görə tanınmış niderlandlı futbolçuya etirazlarını bildirmiş və aləm bir-birinə dəymişdi. Hakim əsas vaxta 16 dəqiqə əlavə etməli olmuşdu.
Maraqlıdı ki, ertəsi gün Braziliyada Hakimlər Komitəsi tərəfindən bu cür epizodla bağlı rəsmi qərar açıqlandı. Orda qeyd olundu ki, bu hərəkət rəqibə hörmətsizlik mənasını verir. Topun üzərinə iki ayağı ilə çıxan futbolçuya bundan sonra sarı vərəqə göstəriləcək və rəqib komandanın lehinə cərimə zərbəsi təyin ediləcək.
Bu qərara Neymar başda olmaqla bir çox ulduzlar və fanatların böyük əksəriyyəti etiraz etdilər. Neymar öz səhifəsində ''futbol getdikcə daha da darıxdırıcı olmağa başlayır'' sözünü yazdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Aprel 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri