14 yaşlı qıza xalasının qeyri rəsmi nigahda yaşadığı kişi zorakılıq edib İddia+Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir neçə gündən sonra 14 yaşı olacaq. Həmyaşıdlarından fərqli olaraq həyat onu valideyn himayəsidən məhrum edib. 7 yaşı olanda anasını itirib, atası isə 14 yaşlı qızcığaza sahib çıxmaqdan imtina edib. Anasının ölümündən sonra isə ona xalası baxıb.
“Qafqazinfo” “Xezerxeber.az”a istinadən xəbər verir ki, Sabunçu rayonunda xalasının himayəsində yaşayan qız məktəbə getməyib, oxuyub yazmağı isə indi öyrənir.
O, iddia edir ki, xalasının qeyri-rəsmi nigahda yaşadığı 49 yaşlı Tahir Sadıqov tərəfindən ona qarşı qeyri-etik hərəkətlər edilib.
Azyaşlı qız iddia edir ki, bununla bağlı digər qohumlarına məlumat versə də, onun dediklərinə məhəl qoyan olmayıb. Düz 7 il xalasının evində şiddətə və istismara məruz qalıb.
49 yaşlı T. Sadıqov isə qızcığaza başına gələnləri danışacağı tədqirdə çəkdiyi viedoları yayacağı ilə hədələyib.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 İyun 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















