XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
"3+3" formatında bir neçə elementi nəzərə almalıyıq. Bu formatın təşəbbüskarı Azərbaycandır”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2024-cü ildə Türkiyədə son görüş keçiriləndə növbəti görüşün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi barədə təklif verilib: “Müəyyən səbəblərdən konsensus olmadı və bu təklif yekun sənəddə yer almadı. Təklifimiz qüvvədədir. "3+3" formatının yaranması tarixi İkinci Qarabağ savaşından qısa zaman sonra yarandı. Elə təəssürat yaranır ki, bu formatın çərçivəsində əsas mövzu kimi Azərbaycan-Ermənistan məsələsi müzakirə olunmalıdır. Azərbaycan Ermənistan məsələsi, əsasən, artıq həllini tapıb. Azərbaycanla Ermənistan arasında birbaşa dialoq mövcuddur. Bütün region ölkələrinə aid mövzuların müzakirəsi üçün belə gündəlik əsasında toplaşırıqsa, 2024-cü ildə etdiyimiz təklif qəbul olunduğu təqdirdə belə görüşün keçirilməsinə etiraz etmirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















