Icma.az
close
up
RU
Azərbaycanda ödənişli atalıq məzuniyyəti gündəmdə Kimlər faydalana biləcək?

Azərbaycanda ödənişli atalıq məzuniyyəti gündəmdə Kimlər faydalana biləcək?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycanda ilk dəfə olaraq ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.

O qeyd edib ki, ölkədə qadın əməyinin qadağan olunduğu sahələrin sayı minimuma endirilib, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib.

Komitə sədri vurğulayıb ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir.Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının illərdir gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılması istiqamətində beynəlxalq səylərə istiqamət verdiyini qeyd edərək bərabərlik, inkişaf və sülh məqsədlərinə sadiqliyin dəyişməz olduğunu vurğulayıb.

O bu sahədə son 30 ildə göstərilən qlobal səylərin mühüm nəticələr doğurduğunu diqqətə çatdıraraq Azərbaycanda da qadınların təhsil, səhiyyə, məşğulluq və qərarqəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatların aparıldığını deyib.

B.Muradova qeyd edib ki, xüsusilə azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları əhaliyə bərabər imkanlar təmin etməkdədir.

Qeyd edək ki, Yüksək Səviyyəli İclas “Gender bərabərliyinə, bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi, resursların ayrılması və icrasının sürətləndirilməsi” mövzusuna həsr edilib.

Bəs ödənişli atalıq məzuniyyəti nə deməkdir və kimlər bu hüquqdan istifadə edə biləcək?

Moderator.az-a danışan əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib bildirib ki, bu məzuniyyət, şəxsin ata olduğu vaxtda ondan istifadə etmək hüququnu müəyyənləşdirən bir məzuniyyət növüdür:

 “Hazırda qanunvericiliyimizdə bu məsələ tənzimlənir. Belə ki, Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, ata olan şəxslərə ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ verilir. Maddənin “B” bəndində göstərilir ki, arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilər 14 təqvim gününədək ödənişsiz məzuniyyət götürə bilərlər. Yəni bu hüquq artıq qanunvericilikdə mövcuddur.

Sadəcə, yeni layihədə təklif olunan dəyişiklik bu məzuniyyətin ödənişli şəkildə müəyyən edilməsidir. Əgər atalıq məzuniyyəti ödənişli tətbiq olunarsa, həmin ödənişi işəgötürən öz vəsaiti hesabına, yoxsa dövlət sosial sığorta fondu vasitəsilə qarşılayacaq – Bu məsələ hələ dəqiqləşməyib”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri