Icma.az
close
up
RU
Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici Türkiyənin ümumi qaz ixracında 66,93% paya bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyədən Suriyaya cəmi 157 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 55,92% çoxdur. Sentyabrda bu göstərici Türkiyənin ümumi qaz ixracında 60,48% paya bərabər olub.

Qeyd edək ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı 2025-ci ilin avqustun 2-dən etibarən başlayıb.

Ümumilikdə, cari ilin ilk 9 ayı ərzində Türkiyə 1 milyard 788,51 milyon kubmetr təbii qaz ixrac edib. Bu həcm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4% artıq olub. Sentyabr ayında isə ümumilikdə 259,57 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2025-ci ilin eyni ayına nisbətən 11,67% çoxdur.

Hesabat dövrü ərzində Türkiyədən ixrac olunan təbii qazın 1 milyard 197,1 milyon kubmetri (66,93 %-i) Suriyaya, 535,94 milyon kubmetri (29,97%-i) Bolqarıstana, 0,75 milyon kubmetri (0,04%-i) Şimali Makedoniyaya, 54,73 milyon kubmetri (3,06%-i) isə Macarıstana yönləndirilib.

Sentyabr ayında ixrac edilən təbii qazın 157 milyon kubmetri (60,48%-i) Suriyaya, 71,38 milyon kubmetri (27,5%-i) Bolqarıstana, 31,18 milyon kubmetri (12,01%-i) isə Macarıstana göndərilib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Türkiyə ümumilikdə 39 milyard 213,28 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin 9 aylıq göstəricisi ilə müqayisədə 4,72% az olub.

Sentyabr ayında Türkiyəyə 2 milyard 685,29 milyon kubmetr qaz idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,52% aşağıdır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Layihənin birinci mərhələsində Suriyaya illik 1,2 milyard kubmetr təbii qazın tədarükü nəzərdə tutulur. Qaz Türkiyənin Kilis şəhəri üzərindən Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses sayəsində 1 200-1 300 meqavat gücündə elektrik istehsalına nail olunması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:348
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Noyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri