Icma.az
close
up
RU
“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub ?

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub ?

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ötən il 15 avqust tarixdə bütün provayderlər dövlət provayderi və təbii inhisarçı olan Aztelekom –un təşəbbüsü ilə EYNİ ANDA internet xidmətləri üçün minimal tarifləri qaldırıblar.

Gununsesi.info xəbər verir ki, bundan dərhal sonra Antiinhisar Aztelekom -un bu addımını “kartel sövdələşməsi və vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması” kimi dəyərləndirərək araşdırma başladıb.

Lakin indiyədək bunun nəticəsi haqqında məlumat verilməyib.

Elə bilirdim ki, Antiinhisar bu işləri tam unudub. Baxıram ki, qurum Aztelekom-a qarşı əlavə işlər də qaldırıbmış.
Antiinhisarın saytından görsənir ki, qurum Aztelekom-la bağlı təbii inhisarçının fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti çərçivəsində bir deyil, bir neçə iş qaldırıb.
Qurumun rəsmi saytından görsənir ki , bu qaldırılan işlərlə bağlı da araşdırmalar davam edir.

Düşündüm ki, provayderlərin “15 Avqust Tarif Şoku” daha çox ictimai əhəmiyyət kəsb

etdiyindən Antiinhisara kömək ola biləcək məqamları qeyd edim.
“15 Avqust Tarif Şoku” ilə bağlı Rəqabət Məcəlləsinin konkret hansı maddələrinin pozulmasını araşdırdım.

Araşdırmanın nəticələrini təqdim edirəm .

Təbii inhisarçı olan Aztelekom Rəqabət Məcəlləsinin hansı tələblərini pozub :

1. Razılıq almadan tarif artırmaq
Maddə 39.3 və 39.6-ya görə, təbii inhisar subyekti (Aztelekom) qiymətlərin dəyişdirilməsi ilə bağlı rəqabət orqanından əvvəlcədən razılıq almalıdır. Antiinhisarın açıqlamasından belə qənaətə gəlmək olar ki , belə razılıq alınmayıb – bu, birbaşa pozuntudur.
2. Müştərinin seçim imkanını məhdudlaşdırmaq
Aztelekom yalnız 25 manatlıq tarif qoymaqla, aşağı tarif seçimi imkanı tanımayıb. Bu, Maddə 40.5.7 və 40.5.8-ə ziddir:
• 40.5.7. – “müştərinin mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə keçidə mane olan hərəkətlərə yol vermək qadağandır.”
• 40.5.8. – “müştərilərə münasibətdə rəqabət qanunvericiliyinə uyğun olmayan aktlar qəbul etmək və tətbiq etmək qadağandır.”
3. Ədalətsiz qiymət tətbiqi
Maddə 39.4.1 və 39.4.3 açıq şəkildə göstərir ki, əgər qiymət artımı “mövcud qiymətlərin artmasına səbəb olur və müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərirsə”, rəqabət orqanı buna razılıq verməməlidir. Aztelekom isə razılıq almadan minimal qiyməti 40% qaldıraraq vətəndaşların maraqlarını pozub.
4. Artıq ödənişin geri qaytarılması öhdəliyi
Əgər tarif artımı qanunsuz hesab edilirsə, Maddə 40.4.5-ə əsasən, müştərilərdən əsassız və ya artıq alınmış ödənişlər geri qaytarılmalıdır.

Nəticə:
Hazırda AZCON Holdinq tərkibində fəaliyyət göstərən Aztelekom təbii inhisarçı olaraq “15 Avqust” hərəkətilə digər provayderləri də bu addımı atmağa vadar etməklə, Rəqabət Məcəlləsinin ən azı 7 Maddəsinin tələblərini pozub.

Osman Gündüz
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Oktyabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri