Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

“15 avqust tarif şoku”: “Aztelekom” 7 maddəni pozub

“15 avqust tarif şoku”: “Aztelekom” 7 maddəni pozub

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ötən il 15 avqust tarixdə bütün provayderlər dövlət provayderi və təbii inhisarçı olan “Aztelekom”-un təşəbbüsü ilə eyni anda internet xidmətləri üçün minimal tarifləri qaldırıblar. 

Bundan dərhal sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom”-un bu addımını “kartel sövdələşməsi və vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması” kimi dəyərləndirərək araşdırma başladıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O qeyd edib ki, lakin indiyədək bunun nəticəsi haqqında məlumat verilməyib:

“Elə bilirdim ki, qurum bu işləri tam unudub. Baxıram ki, qurum “Aztelekom”-a qarşı əlavə işlər də qaldırıbmış. 

Yəni “Aztelekom”-la bağlı təbii inhisarçının fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti çərçivəsində bir deyil, bir neçə iş qaldırıb. Qurumun rəsmi saytından görünür ki , bu qaldırılan işlərlə bağlı da araşdırmalar davam edir”. 

Ekpert provayderlərin “15 avqust tarif şoku” daha çox ictimai əhəmiyyət kəsb etdiyindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə kömək ola biləcək məqamları qeyd edib. Rəqabət Məcəlləsinin konkret hansı maddələrinin pozulmasını araşdırmanın nəticələrini təqdim edib: 

“Təbii inhisarçı olan “Aztelekom” Rəqabət Məcəlləsinin bu tələblərini pozub : 

*Razılıq almadan tarif artırmaq 

Maddə 39.3 və 39.6-ya görə, təbii inhisar subyekti (“Aztelekom”) qiymətlərin dəyişdirilməsi ilə bağlı rəqabət orqanından əvvəlcədən razılıq almalıdır. Antiinhisarın açıqlamasından belə qənaətə gəlmək olar ki , belə razılıq alınmayıb, bu, birbaşa pozuntudur. 

*Müştərinin seçim imkanını məhdudlaşdırmaq 

“Aztelekom” yalnız 25 manatlıq tarif qoymaqla, aşağı tarif seçimi imkanı tanımayıb. Maddə 40.5.7 (müştərinin mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə keçidə mane olan hərəkətlərə yol vermək qadağandır) və 40.5.8-ə (müştərilərə münasibətdə rəqabət qanunvericiliyinə uyğun olmayan aktlar qəbul etmək və tətbiq etmək qadağandır) ziddir. 

*Ədalətsiz qiymət tətbiqi 

Maddə 39.4.1 və 39.4.3 açıq şəkildə göstərir ki, əgər qiymət artımı mövcud qiymətlərin artmasına səbəb olur və müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərirsə, rəqabət orqanı buna razılıq verməməlidir. “Aztelekom” isə razılıq almadan minimal qiyməti 40% qaldıraraq vətəndaşların maraqlarını pozub. 

* Artıq ödənişin geri qaytarılması öhdəliyi 

Əgər tarif artımı qanunsuz hesab edilirsə, 40.4.5-ci maddəyə  əsasən, müştərilərdən əsassız və ya artıq alınmış ödənişlər geri qaytarılmalıdır. 

Nəticə: “Aztelekom” təbii inhisarçı olaraq "15 avqust" hərəkətilə digər provayderləri də bu addımı atmağa vadar etməklə, Rəqabət Məcəlləsinin ən azı 7 maddəsinin tələblərini pozub”. 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri