Icma.az
close
up
RU
15 iyulda yaşanan hadisələrin, xain planların təkrar baş tutmaması üçün tədbirlər görülməlidir

15 iyulda yaşanan hadisələrin, xain planların təkrar baş tutmaması üçün tədbirlər görülməlidir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“İyulun 15-i Qərb ölkələrinin Osmanlı İmperiyasını və dünyanın bir çox başqa ölkələrini mühasirəyə almaq və nəzarət altına almaq planlarının 1700-cü illərə təsadüf edən, Birinci Sənaye İnqilabı zamanı ən son mərhələsidir. Qərb dövlətlərinin kəşfiyyat orqanlarının Türkiyəyə işləmək adı altında qurduqları təşkilatlar Türkiyə bir az da olsa güclənəndə işə düşür. 15 iyul xain çevriliş cəhdi də bu istiqamətdə planlaşdırılmış terror aktı idi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud açıqlamasında bildirib ki, Türk xalqının qətiyyətli və ağıllı yanaşması, Türkiyə Böyük Millət Məclisinin birlik və həmrəyliyi sayəsində bu xain cəhd iflasa uğradı.

Kərəm Qarabulud

“Unutmaq olmaz ki, “su yatar, düşmən yatmaz” deyildiyi kimi, Türkiyə və Azərbaycana qarşı çıxan beynəlxalq güclər hər zaman belə xain planlar quracaqlar. Bu xain planların baş tutmaması üçün tədbirlər görülməlidir. Bu tədbirlərdən ən mühümü güclü daxili birlik və həmrəyliyi qorumaq, iqtisadi və texnoloji gücü artırmaqdır. Bundan əlavə, beynəlxalq münasibətlərdə də güclü strateji yanaşma lazımdır. Türkiyə və Azərbaycanın beynəlxalq münasibətlərdə uğurlu strateji tarazlıq siyasəti yürütməsi Qarabağ zəfəri ilə yanaşı, Zəngəzur dəhlizinin açılmasına da zəmin yaratdı”-deyən Kərəm Qarabulud hesab edir ki, iki ölkəyə müxalif olan qüvvələr də Rusiya və Azərbaycan arasında təxribatlara əl atdığını da başa düşmək lazımdır.

Professorun fikrincə, bütün bu hadisələr onu göstərir ki, 15 iyul nə birinci, nə də sonuncu olacaq.

“Düşmənlər həmişə öz oyunlarını oynayacaqlar. Bu oyunların qarşısını almaq üçün Türkiyə və Azərbaycan güclü olmalı, əməkdaşlığı və həmrəyliyi sarsılmaz olmalıdır. Dünyada və regionda baş verən proseslər də bunu zəruri edir. Bir sözlə, yeni 15 iyul hadisələrinin yaşanmaması üçün daxili sabitliyi, xarici sabitliyi, strateji əməkdaşlığı, ədalətli və səmərəli ədliyyə sistemini, iqtisadi inkişafı, dövrün tələblərinə cavab verən texnoloji yenilikləri təmin etmək lazımdır. Əks halda, müəyyən qrupların dövlət sistemində hökmranlıq etməyə cəhd etməsinə imkan vermək yeni iyulun 15-nə səbəb ola bilər”-deyə Kərəm Qarabulud qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri