Icma.az
close
up
RU
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir?

Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir?

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kreml Azərbaycana qarşı pisləklərini davam etdirir, sadalamağa ehtiyac yoxdur. Əsas sual budur: Kremlin başbilənləri ölkəmiz əleyhinə daha nələri etməyi planlaşdırırlar? Rusiyanın müxtəlif şəhərlərində diaspora nümayənələrimizə müxtəlif problemlər yaradacaqlarını, kənd təsərrüfatı məhsullarımızı əvvəlkitək sərhəddən geri qaytaracaqlarını proznozlaşdırmaq olar".

 Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, bu azmış kimi, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin dövlət kanallarındakı şovinist aparıcılar, proqramlara çıxardıqları siyasi şərhçilər və “Z-blogerlər” Azərbaycana qarşı təxribatları genişləndirməyə təklif edirlər: "Narahat olmalıyıqmı? Rusiya hərbçiləri “sülhməramlı” adı altında hələ Qarabağda olsaydılar, narahatlıq üçün əsas ola bilərdi. Bu məsələni həll etmişik, 200 ildən sonra ilk dəfə torpaqlarımızda rus hərbçisi yoxdur. Ancaq şimaldan istiqamətlənən müxtəlif təxribatçı ssenarilərə də hazır olmalıyıq. Birincisi, kənd təsərrüfatı məhsullarımız üçün alternativ bazarların axtarışını sürətləndirməliyik. İkincisi, geri qayıdan azərbaycanlılara Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətlərini davam etdirmək üçün münbit şərait yaradılmalı, kreditlər ayrılmalıdır. Çünki, Rusiya Gürcüstan müharibəsində gürcüləri kütləvi şəkildə deportasiya etdiyi kimi eyni “üsuldan” azərbaycanlılara qarşı da istifadə edə bilər".

 E.Şahinoğlu vurğulayıb ki, Rusiya azərbaycanlı iş adamlarının leqal kapitallarını “vergi yoxlamaları” bəhanəsiylə əllərindən ala bilər: "Rusiya İranla Xəzərdə birgə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlər sırasında iki ölkənin hərbi gəmiləri dəniz sərhədlərimizi poza bilər. Rusiya Dağlstanla sərhədə əlavə qüvvələr cəmləşdirə bilər. Buna qarşı Azərbaycan Türkiyə ilə yanaşı Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi təlimlərin sayını artırmağa çalışmalıdır. Məntiqlə Kreml Ukrayna ilə müharibə apardığı, Qərbin sərt sanksiyaları ilə üzləşdiyi dövrdə ötən ilin dekabrına qədər normal münasibətləri olduğu Azərbaycanla gərginliyin ortadan qaldıırlmasına çalışmalıdır. Ancaq Rusiyanı idarə edənlər nə vaxt məntiqlə qərar veriblər ki?".

Nigar,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri