Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

15 İyun Qayıdışla qurtulan Vətənin günü

15 İyun Qayıdışla qurtulan Vətənin günü

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Tarixdə elə anlar var ki, yalnız bir millətin deyil, bir dövlətin bütöv taleyini dəyişir. 1993-cü ilin yay ayları da Azərbaycan üçün belə dönüş nöqtəsi oldu. Bəli, həmin iyun günlərində yalnız bir siyasi proses yox, həm də tarixin öz hökmü ilə bir xalqın gələcəyini yenidən yazdığı dövr başlamışdı.

15 iyun ölkəmizin siyasi tarixində xalqın öz iradəsinə sahib çıxdığı, dövlətin isə suverenliyini yenidən bərpa etməyə can atdığı gün idi. Bu tarix sadəcə bir liderin qayıdışı deyil, öz varlığını qorumağa çalışan bir millətin Qurtuluşunun başlanğıcı idi.

Azərbaycan müstəqilliyini 1991-ci ilin 18 oktyabrında elan etsə də, bu istiqlal reallıqda sabit, möhkəm dayaqlara söykənmirdi. Sovet imperiyasının dağılmasından sonra yaranmış siyasi vakuum, zəif institutlar, təcrübəsiz kadrlar və idarəçilikdə xaos yeni dövlətin təməlini sarsıdırdı. Qarabağ müharibəsi qızğın fazaya keçmiş, torpaqlar işğal altına düşmüş, ölkə daxilində isə vətəndaş qarşıdurmaları baş qaldırmışdı.

1992-ci ilin mayında AXC – Müsavat hakimiyyəti vəd etdiyi islahatları həyata keçirməkdə aciz idi. 1993-cü ilin iyununda Gəncədə baş verən silahlı qiyam isə artıq ölkənin tam dağılmaq təhlükəsi ilə üz-üzə olduğunu göstərirdi. Bütün bunların nəticəsi idi ki, o vaxtkı dövlət başçısı istefaya məcbur oldu, ordu birləşmələri zəiflədildi, regionlarda separatizm meylləri baş qaldırdı. Demək olar ki, Azərbaycan öz tarixində ən ağır və məşəqqətli günlərini yaşayırdı.

Belə bir dövrdə xalqın ümid yeri yalnız bir şəxs idi – Azərbaycanın görkəmli dövlət xadimi, o vaxt Naxçıvanda siyasi fəaliyyətini davam etdirən, Ulu Öndər Heydər Əliyev. Onun təcrübəsi, siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki uğurları ölkəni böhrandan çıxara biləcək yeganə yol kimi görünürdü.

1993-cü ilin iyununda xalqın və ziyalıların təkidli dəvəti ilə Heydər Əliyev Bakıya çağırıldı. Nəhayət, 15 iyun tarixində o, Azərbaycan Ali Sovetinin sədri vəzifəsinə seçildi. Bu tarixi qərar həm də ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı idi. Bununla da ölkəmizi sabitliyə aparan yolun qapısı açıldı. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkədə mövcud xaos tədricən aradan qalxdı. Ən əvvəl vətəndaş müharibəsinin qarşısı alındı. Sonra dövlət institutları bərpa edildi, ordu quruculuğu prioritet sahə kimi elan edildi, hüquq-mühafizə orqanlarının strukturlaşdırılması gücləndirildi. Get-gedə xalqla hakimiyyət arasında inam və etimad mühiti yaranmağa başladı. Eyni zamanda, xarici siyasətdə balanslı və çoxşaxəli xətt formalaşdı. Azərbaycanın müstəqil və milli maraqlara söykənən siyasət yürütməsi üçün zəruri hüquqi və institusional bazalar yaradıldı. Bununla da Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə ölkədə siyasi populizmin yerini strateji baxış və peşəkar idarəçilik modeli əvəzləməyə başladı.

1994-cü ilin 20 sentyabrında imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft kontraktı Azərbaycanın iqtisadi həyatında dönüş nöqtəsinə çevrildi. Bu müqavilə təkcə energetika sahəsinə sərmayə axınını təmin etmədi, eyni zamanda Azərbaycanın geosiyasi mövqeyini də gücləndirdi. Əldə edilən gəlirlər təkcə infrastruktur layihələrinə deyil, həm də sosial rifahın artırılmasına, təhsilin və səhiyyənin inkişafına yönəldildi. Getdikcə Azərbaycanın dövlətçilik ənənələri möhkəmləndirildi, 1995-ci ildə ilk Konstitusiya qəbul olundu. Bununla da hüquqi dövlətin təməlləri atıldı.

15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun – Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Parlamentin həmin tarixi qərarında deyilirdi: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” – deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

O gündən bu günə 15 iyun tarixi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Çünki həmin gün bir millətin iradəsi, bir liderin məsuliyyəti və bir dövlətin xilası eyni amal uğurunda birləşmişdi. Yalnız dövlətin siyasi taleyi deyil, milli ruhu da xilas olmuşdu.

Sonralar Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini özü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Bəli, Azərbaycanın böyük siyasətçisi Heydər Əliyevin özünəxas idarəetmə qabiliyyəti, qətiyyəti və uzaqgörənliyi ölkəni cənginə alan böhrana son qoydu.

Heydər Əliyev siyasi irsinin ardıcılı olan Prezident İlham Əliyev 2003-cü ildən etibarən o siyasəti yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirir. Fəxr olunası haldır ki, bu gün Azərbaycanın iqtisadi gücü daha da artıb, ölkə regionun lider dövlətinə çevrilib. Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Orta Dəhliz, Cənub-Qərb və digər beynəlxalq tranzit marşrutları Azərbaycanın geosiyasi əhəmiyyətini xeyli yüksəldib.

Ulu Öndər Heydər Əliyevin qurmaq istədiyi qüdrətli və müasir Azərbaycan necə təsəvvür olunurdusa, bu gün Prezident İlham Əliyev həmin ideyanı gerçəyə çevirdi, onu uğurla reallaşdırdı.

Ermənistan ordusunun öz havadarlarının köməyi ilə işğal etdiyi Azərbaycanın əzəli və əbədi torpağı sayılan Qarabağ 30 illik işğal altında idi. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu 44 gün ərzində xüsusi əməliyyatla işğala son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Bu, yalnız hərbi zəfər deyildi, xalqın, dövlətin və liderin birliyi ilə mümkün olan tarixi ədalətin bərpası idi.

2023-cü ilin sentyabrında isə Laçın yolu üzərində nəzarət tam bərpa olundu və uzun illər Qarabağda kök salmış separatçı rejim ləğv edildi. Ordumuzun “Antiterror əməliyyatları” ilə Azərbaycan öz ərazisində tam suveren nəzarətə nail oldu.

Tarix bir daha sübut etdi ki, xalq öz liderini tanıdığı zaman məğlubiyyətin qarşısı alınır, səpələnmiş talelər bir amal ətrafında birləşir, dövlətin sönməkdə olan çırağı yenidən gurlanır.

Əlbəttə, bu gün Şuşada qurulan yeni həyat da, Xankəndidə dalğalanan bayraq da və Laçının sükutunu pozan uşaq gülüşü də o müqəddəs qayıdışın və o xilaskar baxışın bəhrəsidir.

Tarixdə bəzən bir nəfərin varlığı bir xalqın gələcəyini dəyişir. Bu torpaq belə bir ömrə şahid oldu. Və bu gün… bu gün o ömrün işığı ilə yol gedirik.

Çünki 15 iyun bir millətin ayağa qalxdığı, öz liderini tanıdığı, ən əsası, dövlətin öz səsi ilə danışmağa başladığı gündür.

Müəllif: Ceyhun Alışlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://dogru.az
archiveBu xəbər 15 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see645

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see346

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see327

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see239

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see237

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see235

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see234

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see227

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see223

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see219

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see219

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see219

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see218

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see217

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see215

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see213

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see213

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see212

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see210

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri