Icma.az
close
up
RU
Vətənin qəhrəman oğlu

Vətənin qəhrəman oğlu

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Cəlilabad rayonu, Əsədli kəndində boya-başa çatan Mahir Bəxtiyar oğlu Paşayev İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalaraq milyonların ürəyində  özünə əbədi məkan qurub. Fəqət, Mahir həm də 30 il düşmən tapdağında qalan cənnət məkan Qarabağımızın mərd xilaskar ərənləri kimi tarixin yaddaşında  silinməz iz qoyub. Elə bütün bunlara görə onun yaşadığı 23 illik ömür yolu doğma Azərbaycanına, millətinə başdan-başa ilahi bir sevgidir. Mahir torpaq, Vətən yolunda ölməklə bizim üçün ən müqəddəs bir varlığa dönərək əlçatmaz göylərə ucaldı.

O, kənd məktəbini bitirəndə birinci amalı Vətən torpağını qorumaq və mübarizliklə düşmənə qalib gəlib Qarabağı azad etmək olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, vətənpərvər oğul olaraq əsgərlər arasında sayılıb tanınıb. İştirak etdiyi təlimlərdə də bütün sınaqlardan uğur qazanıb. Qəlbində erməni quldurlardan intiqam, qisas almaq alovu get-gedə güclənən Mahir hərbi sirlərə mükəmməl yiyələnib. Və ən əsası cəbhə xəttində yağı düşmənlə qarşı-qarşı dayanmış igid əsgər hər an Vətən torpaqların azadlığı naminə döyüşə atılmağa məqam gözləyib. 2016-cı ilin Aprel döyüşlərində Mahir Paşayev birincilər sırasında silaha sarılıb düşmənə qarşı ölüm-dirim mübarizəsinə girib. Mahir Paşayev Vətən müharibəsində əsl qəhrəmanlıq salnaməsi yazıb, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Paşayev oktyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Z.ORUCOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see369

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see235

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see232

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see201

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see199

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see198

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see194

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see182

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see176

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see172

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see165

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see163

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see163

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see160

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see155

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see155

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri