Icma.az
close
up
RU
Vətənin şəhid oğlu

Vətənin şəhid oğlu

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

1 iyul Zəfər şəhidi Babazeynal Babazadənin doğum günüdür
Azərbaycanının əzəli və əbədi torpağında qərar tutmuş, 30 il mənfur erməni dığaların əsarətində qalan Qarabağın 44 günə azad etməsində Lerikdən olan dağ vüqarlı, dağlar oğlu Babazeynal Babazadə əsl qəhrəman kimi döyüşür. 19 yaşında canını sonsuz məhəbbətlə bağlandığı Vətənə fəda etməklə əbədi ömür qazanır. Layiqli bir övlad olaraq Babazeynal bu şərəfli həyata çoxdan hazır idi. Belə ki, 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşəndə el-oba qarşında: “ Vətən torpağı azad olunmamış silahı yerə qoymaram “- deyə and içir.
Bəli, İkinci Qarabağ müharibəsinin qalib şəhid əsgəri Babazeynal Babazadə düşdüyü hərbi hissədə nümunəvi xidməti ilə seçilir. Onun vətənpərvərliyi, mərdliyi, dosta sədaqəti, ən əsası düşmənə nifrəti əsgərlərdə, zabitlərdə xüsusi rəğbət hissi yaradır. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi eşqi ilə alışıb-yanır. Hərbi təlimlərdə fəal olur, mükəmməl döyüş təcrübəsinə yiyələnir. Çox keçmir ki, itirilmiş torpaqların hər qarışı uğrunda düşmənlə mübarizə aparmaqdan ötrü özündə tükənməz qüvvə hiss edir. O, da sentyabrın 27-də minlərlə qeyrətli vətən oğlu kimi elə birinci günü silahlanıb torpaqların müdafiəsinə qalxır.
Babazeynal döyüşlərdə misilsiz şücaət göstərir. Hər dəfə minomyotu ilə düşmənə layiqincə “ dərs” verir. Ölüm-dirim savaşlarda dığalar onun qətiyyəti, cəsarəti qarşısında tab gətirməyib itki verə-verə qaçmağa üz qoyurlar. Son döyüşləri Ağdərə istiqamətində olur. 2020-ci il oktyabr ayının 7-də sərrast atəşlə düşmənin üç tankını sıradan çıxardır, çoxlu canlı qüvvəsini məhv edir. Qəfil atılan namərd gülləsindən də özünü qoruya bilmir. Babazeynal 30 illik torpaq həsrətinə qanı ilə son qoyan şəhidlərin birinə çevrilir. Beləcə qısa həyat yolu tarixə düşməklə, öz xalqından ötrü vətənə, torpağa sədaqət simvoluna dönür.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri