15 İyun: Xalqın iradəsi və dövlətin güclənməsi
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
10 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında 15 iyun – Milli Qurtuluş günü münasibətilə “15 İyun: Xalqın iradəsi və dövlətin güclənməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, 15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası və Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı bir gündür. 1993-cü ilin iyun ayında Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 15 iyun tarixində Ali Sovetin sədri seçildi. Bu hadisə ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycanın parçalanmaq təhlükəsi aradan qaldırıldı. Ona görə də bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk edildi və 1997-ci ildən etibarən Parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Daha sonra çıxış edən digər natiqlər – veteran partiyaçı Məmməd Məmmədov, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin direktoru Ramiz Nəsirov, Tatlı kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Aqşin Quliyev və Vurğun qəsəbə tam orta ümumtəhsil məktəbin tarix müəllimi Nizami Alıyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar və qiymətli hədiyyələr, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 10 İyun 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















