Icma.az
close
up
RU
15 İyun xalqın strateji seçimi idi ŞƏRH

15 İyun xalqın strateji seçimi idi ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı. 13 iyun, AZƏRTAC

Liderlərin ideyalarının mahiyyəti, adətən, çox vaxt oxşar olur. Ümummilli Lider Heydər Əliyevin ideyalarını tarixdə fərqləndirən amil isə odur ki, sadəcə siyasi kursdan deyil, bu siyasi kursu davam etdirəcək dünyamiqyaslı siyasətçidən söhbət gedir. O siyasətçi ki, tarix boyu xalqımızın susuzluq duyduğu, dodağının çat verdiyi torpaq həsrətinə son qoydu. Ümummilli Lider Heydər Əliyevi fərqləndirən bir digər amil odur ki, bu dahi və bənzərsiz şəxsiyyət güclü Azərbaycan qurmaq kursunu müəyyənləşdirərək cəmiyyəti həqiqilik anlayışı ətrafında birləşdirdi. “Azərbaycançılıq” məfkurəsi ətrafında "özün olmaq" və ya "özünə sadiq olmaq" ideyası bizi bu günə qədər gətirib çıxardı. Məhz həmin yol bizi “Dəmir Yumruq” ətrafında daha möhkəm, daha həmrəy etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova səsləndirib.

O bildirib ki, liderin özünəməxsusluğu daha geniş şəkildə onun şəxsi azadlıq, təşkilati və ictimai öhdəliklər üçün məsuliyyət götürmək qərarı kimi təsvir olunur ki, liderlər, sadəcə, özlərini mənəvi bir fərd kimi qurmağa kömək edəcək seçimlər etməsinlər, həm də bu seçimlərin məsuliyyətini gələcək nəsillərə aşılasınlar:”Burada əminliklə deməliyik ki, məhz Ulu Öndər Heydər Əliyev ideayaları üzrə böyüyən gənclik torpaq işğalına son qoydu. Bütün bu haqlı amilləri nəzərə alaraq deməliyik ki, Ümummilli Lider Heydər Əliyevin böyüklüyünü müəyyən etmək cəhdinin özü belə insanı ilhamlandırır”.

Şəbnəm Həsənova deyib ki, bütün bu nailiyyətlər 15 İyunun məntiqi davamıdır. “Azərbaycanın müasir tarixində dövlətçiliyimizin qorunması, onun daha da möhkəmləndirilməsi baxımından 15 İyun xüsusi önəm kəsb edir. Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməsə idi, nəinki bugünkü Zəfərdən, ümumiyyətlə, Azərbaycanın mövcudluğundan danışmaq çətin olardı. Buna görə də 15 İyunu, sadəcə, Qurtuluş günü kimi deyil, həm də bütün zəfərlərimizin başlanğıc tarixi kimi dəyərləndirməliyik. Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, iqtisadi və hüquqi istahatların aparılması, xalqın ideoloji baxımdan həmrəy olması 15 İyunun nəticəsidir. Deməli, 15 İyun xalqın strateji seçimi idi. Ona görə ki, bir dövləti güclü etmək üçün onun siyasi, iqtisadi və hərbi baxımdan möhkəm olması yetərli deyil. İdeoloji amillərin nə qədər möhkəm olması son dərəcə mühüm əhəmiyyət kəsb edir ki, Ümummilli Lider Heydər Əliyev xalqımızı ideoloji baxımından həmrəy və vahid etdi. Çünki Ulu Öndər Heydər Əliyev böyük mənəvi sarsıntıların baş verdiyi dövrdə ipləri məharətlə əlinə almağı bacardı. Bu baxımdan da 15 İyun tariximizin ən mötəbər günləri içində xüsusilə fərqlənir. Birmənalı qaydada 15 İyun bizim dönüş nöqtəmizdir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, 1995-ci ildə qəbul edilən Konstitusiya Ümummilli Lider Heydər Əliyev idarəçiliyinin ən möhtəşəm ilkin uğurları idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı sağlam vizyon yaratmaqla idarə edirdi, nəsillər boyu əks səda verən dəyərlər yaratmaqla cəmiyyəti formalaşdırırdı. Çünki cəmiyyəti idarə edən liderlərin şəxsi keyfiyyətlərinin dövlətin mövcud vəziyyətini müəyyən etdiyini görürük. Yəni cəmiyyətin taleyi liderin qərarlarından və uğurlarından birbaşa asılıdır. Buna görə də dövlətlər sürətlə güclənib, güclü və bacarıqlı liderlər dövründə inkişaf etdikdə insanların həyatı yaxşılaşırsa, liderin yoxluğu da dövləti bir o qədər sarsıdır. Məhz bu reallığı aydın dərk edən Ümummilli Lider Heydər Əliyev min bir əziyyətlə qət etdiyi məsafəni yarıda və yarımçıq saxlamamaq üçün “Ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsliyirəm” düşüncəsi ilə dünya səviyyəli bir siyasətçi yetişdirdi”, - deyə politoloq diqqətə çatdırıb.

O qeyd edib ki, dövləti ağuşuna alan anarxiyadan, xaosdan çıxaran Ümummili Lider Heydər Əliyev öz qayıdışı ilə, sadəcə, hakimiyyətdə dönüş etmədi. Bütövlükdə Azərbaycan tarixini arxaya doğru deyil, inkişafa doğru istiqamətləndirməyi bacardı. “Bu gün Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev qətiyyətini, müdriklini davam etdirir. Bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış Proqramı uğurla icra olunur. Məhz bu reallıq idi, Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi reallıq. Bu gün Zəfərimiz bizim qidamızdır. Bu gün Zəfərimiz havamızdır, suyumuzdur, yaşamaq eşqimizdir, fəaliyyətimizə işıq salan nurlu yoldur. Ümummilli Lider Heydər Əliyev idarəçiliyi üzərində qurulan dövlətin təməlləri sarsılmaz və əbədidir”, - deyə Şəbnəm Həsənova vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri