Icma.az
close
up
RU
15 Sentyabr Bakının işğalından azad edilməsinin 107 ci ildönümüdür

15 Sentyabr Bakının işğalından azad edilməsinin 107 ci ildönümüdür

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin sentyabrın 15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında XI Qafqaz İslam Ordusunun Bakını Stepan Şamuyanın rəhbərlik etdiyi Bolşevik və Daşnak birləşmələrinin və ingilislərin nəzarətində olan Sentrokaspi Diktaturasının işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə “Qardaşlığımız əbəbdidir” mövzusunda dəyirmi masa keçirilib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyevin və Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramovun qatıldığı tədbirdəəvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin, Bakının azad edilməsi zamanı şəhid olan türk əsgər və zabitlərinin, həmçinin də torpaqlarımızın azad olunması, süverenlik vəərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbir iştirakçılarını salamladı, 1918-ci ildə baş vermis qanlı hadisələri xatırladaraq Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etmək üçün göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixində mühüm rol oynadığını bildirdi.

1918-ci ildə regionda və Azərbaycanda vəziyyət barədəətraflı danışan YAP rayon təşkilatının sədri tədbir iştirakçılarına 15 sentyabr 1918-ci il tarixinin əhəmiyyəti barədə geniş məlumat verdi. O, həmin tarixi günün əhəmiyyətini 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü, 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyinin Bərpası Günü, 2020-ci il 8 Noyabr - Zəfər Günü, 2023-cü il sentyabrın 20-də Dövlət Suverenliyi Günü kimi ölkə tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğuladı. Qafar Əliyev xüsusi qeyd etdi ki, Bakı şəhərinin milli paytaxtımıza çevrilməsində 3 hadisə: 1501-ci ildəŞah İsmayıl Xətai tərəfindən Bakının tutulması, 1918 ci ildə Nuru Paşa tərəfindən azad edilməsi və 1969-cu ilin iyunun 14-də birinci dəfə, 1993-cü ilin iyununda isə ikinci dəfə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Gününün vəzərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 Günlük İkinci Qarabağ Vətən Müharibəsinin əsas rol oynamışdır. Həmin tarixi əhəmiyyətli hadisələrin içərisində qarşıdan xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatının ildönümünün gəldiyini xatırladan Qafar Əliyev, bu əməliyyat nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, ölkəmizdə separatizmə son qoyulduğunu, həmin günün Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Suverenliyi Günü kimi ilk dəfə qeyd olunacağını da bildirdi.

Sonra 1918-ci il sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunmuş “Qardaşlığımız əbədidir” adlı videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov 1918-ci il sentyabrın 15-də baş vermiş tarixi hadisənin öyrənilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı. O bildirdi ki, əsrlər boyu davam edən Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı tarixin müxtəlif mərhələlərində, o cümlədən 2020-ci ildə baş vermiş Vətən müharibəsində özünü bariz şəkildə göstərdi. Bu tarixi hadisələr gənclərimiz tərəfindən həmişə öyrənilməli və xalqlarımız arasında qardaşlıq münasibətləri daim davam etdirilməlidir.

Tədbirdə digər çıxış edənlər: “Qarabağ Qaziləri” İctimai Birliyinini sədri Əvəz İsmayılov, 180 nömrəli tam orta məktəbin tarix müəllimi Əhəd Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinini sədrinin müavini Qafqaz Əhmədov, YAP fəalları TürkanəƏliyeva, Amin Şamilzadə və başqaları Türkiyə-Azərbaycan qardaşlığının Tarixin sınaqlarından daim şərəflə çıxdığını, xalqlarımızın qardaşlığının əbədi olduğunu vurğuladılar.
Sonda Ümummilli lider Heydər əliyevin büstü önünüdə xatirə fotosu çəkdirildi.

VÜQAR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri