Icma.az
close
up
RU
1918 ci il 15 sentyabr: Bakının azad edilməsi tarixinə bir nəzər

1918 ci il 15 sentyabr: Bakının azad edilməsi tarixinə bir nəzər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan dövlətçilik tarixinin mühüm hadisələrindən biridir. Bu tarixi hadisənin mahiyyətini və əhəmiyyətini daha dərindən anlamaq üçün həmin dövrün siyasi və hərbi proseslərinə nəzər salmaq zəruridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova söyləyib. O bildirib ki, 1918-ci ilin mart hadisələrindən sonra bolşeviklər S.Şaumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Sovetini (XKS) təşkil ediblər. Həmin dövrdə bu hakimiyyətə qarşı dura biləcək milli siyasi qüvvələrin isə kifayət qədər hərbi gücü yox idi.

A.Əzimova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından dərhal sonra Bakı XKS hökumətə müharibə elan edərək Gəncə istiqamətində yürüşə başlayıb. İlk həftələrdə Bakı XKS-nin ordusu müəyyən irəliləyiş əldə etsə də, Göyçay döyüşündə iyunun 27-dən iyulun 1-dək əldə edilən qələbədən və iyulun 10-da Kürdəmir döyüşündən sonra Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkəti başlayıb.

Tarixçi-alimin sözlərinə görə, Qafqaz İslam Ordusunun yürüşü daşnak-bolşevik rejiminin hökm sürdüyü Bakıda hakimiyyət böhranına səbəb olub. Sentyabrın ilk günlərində ordu hissələri şəhəri əhatə edən mövqelərdə möhkəmlənib və Bakının azad edilməsi üçün son hazırlıqlar görülüb. Döyüşlərin ağırlıq mərkəzi birbaşa Bakı üzərinə keçib. Nəhayət, 1918-ci il sentyabrın 14-dən 15-nə keçən gecə Bakı uğrunda həlledici döyüş başlayıb. Səhər saatlarında Qafqaz İslam Ordusunun hissələri şəhərə daxil olub və sentyabrın 15-də Bakı tamamilə azad edilib. Bundan sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçürülüb.

“Bakının azad edilməsi yalnız hərbi qələbə kimi deyil, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi hakimiyyətinin möhkəmlənməsi, milli dövlətçiliyin real əsaslarının yaradılması və Azərbaycanın istiqlalının qorunması baxımından da mühüm tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycan milli qüvvələrinin siyasi iradəsi ilə Qafqaz İslam Ordusunun hərbi gücünün birləşməsi nəticəsində əldə edilən bu qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. Aradan 108 il keçməsinə baxmayaraq, Bakının azad edilməsi tarixinin öyrənilməsi və xatırlanması əhəmiyyətini itirmir. Milli yaddaş yalnız keçmişi xatırlamaq deyil, həm də bu günü və gələcəyi dərk etmək vasitəsidir”,- deyə tarixçi-alim fikrini yekunlaşdırıb.

Müxbir - Nərmin Muradzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri