Icma.az
close
up
RU
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir FOTOLAR

16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir FOTOLAR

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Donor axtarışı aparılır


Yeniyetmə bir balaya təcili kömək lazımdır. 16 yaşlı Quluzadə Əjdər leykoz xəstəsidir (qan xərçəngi). Təcili ilikköçürmə əməliyyatı aparılmalıdır. Məlumdur ki, bu, bahalı əməliyyatdır. İcbari tibbi sığortaya da daxil deyil, təəssüf ki! Belə bahalı əməliyyatlara maddi imkanı çatacaq ailələr çox deyil. Quliyevlər ailəsinin də bu əməliyyata maddi imkanı çatmır. Əjdərin anası Təranə Quliyeva redaksiyamızla əlaqə saxlayaraq oğlunun vəziyyətini ictimailəşdirməyimizi xahiş etdi. Ana ümid edir ki, Əjdər üçün tez bir zamanda həm uyğun ilik tapılar, həm də əməliyyat üçün tələb olunan vəsait xeyirxah insanlar, humanitar qurumlar tərəfindən ianə edilər.


Təranə xanım “Sherg.az”a bildirdi ki, oğlu Əjdərdə bu xəstəlik 2 il öncə aşkarlanıb:


-  Əjdərin 15 yaşı vardı, qəfil qrip oldu. O biri övladlarım da xəstələndilər, amma tez sağaldılar. Əjdər isə bacı-qardaşından ağır keçirdi xəstəliyi. 5 gün yataq xəstəsi oldu, kəskin şəkildə tərləyirdi, geyimi, yatağı su içində oyanırdı. Poliklinikaya müraicət etdik, müalicə təyin edildi. Sonra Əjdərin boğazında limfa vəzi şişməyə başladı. Uşaq get-gedə arıqlayırdı. 9-cu sinifdə oxuyurdu, hazırlıqlara gedirdi. İlk vaxtlar bunu oğlumun dərslərlə həddindən artıq yüklənməsiylə əlaqələndirirdik. Amma gördük ki, yox, uşaq getdikcə daha da zəifləyir. 2023-cü il, mart ayının sonlarında  Hemetologiya İnstitutuna apardıq. Orada qan analizləri alındı və analizlərin nəticəsi qan xərçəngi olduğunu göstərdi. Əjdər uşaq şöbəsinə yerləşdirildi. Orada da götürülən analizlərin cavabı kəskin Limfa last xəstəliyini göstərdi. Oğlum 33 gün xəstəxanada yatdı. Müalicə təyin edildi, kimya terapiyası aldı. Xəstəliyində qayıdış olduğu üçün ağır qayıdış protokolu müalicəsinə başlandı. Ağır qayıdış protokoluna keçirildi. Sonra təkrar xəstəxanaya yerləşdirildi. Həkimlər bildirdi ki, əməliyyat olunmalıdır, ilik nəqli vacibdir. Qardaşı və bacısından analiz götürüldü, amma heç biri uyğun gəlmədi. Koordinasiya Şurası tərəfindən Əjdərin qan analizlərinin cavabı Türkiyəyə göndərildi, donor axtarışı üçün. Bir müddət sonra cavab gəldi ki, donor tapılıb. Əjdər yenidən reanimasiya şöbəsinə yerləşdirildi, 2 ay orada yatdı. Sonra məlum oldu ki, donor etiraz edib, əməliyyatdan. Hazırda yenə donor axtarışı aparılır. Donor tapılsa da, bizim ilik transplantasiyası əməliyyatı üçün maddi imkanımız yoxdur. Deyirlər, ən azı 100 min manat lazımdır. 40-50 min cərraha ödənir, 60 min isə ilik sahibinə. Maddi durumumuz çətin olduğu üçün gücümüz çatmır buna.

Təranə xanım xahiş edir ki, Allah rizasi üçün övladına yardım edilsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri