Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Əjdər İsmayılov xatirələrdə yaşayır FOTOLAR

Əjdər İsmayılov xatirələrdə yaşayır FOTOLAR

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşklatçılığı ilə məşhur “91-lər”in nümayəndəsi, professor Əjdər İsmayılovun doğum günü münasibətilə “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Əjdər İsmayılovun doğum günü münasibətilə təşkil olunan “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda tədbiri yüksək qiymətləndirərək bildirib ki, bu cür tədbirlər milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə əhəmiyyətlidir. O qeyd edib ki, “91-lər” Azərbaycanın müasir tarixində dönüş nöqtəsi yaradan, dövlətçiliyimizi və müstəqilliyimizi qorumaq uğrunda prinsipial mövqe nümayiş etdirən insanlar idi. Qafar Əliyevin sözlərinə görə, 1993-cü ilin böhranlı günlərində 91 nəfər tanınmış ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti təkcə siyasi liderin yenidən hakimiyyətə qayıdışına çağırış deyildi, bu, eyni zamanda, xalqın içindən gələn bir qurtuluş arzusu idi. Həmin çağırış, Azərbaycanın gələcəyini düşünən, ölkənin xaosdan, qeyri-sabitlikdən xilas olunmasını istəyən insanların ümumi iradəsinin təcəssümü idi. Müxtəlif sahələri təmsil edən ziyalıların, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin bu tədbirə qatılması onu göstərir ki, “91-lər”in irsi hələ də yaşayır və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu cür tədbirlər, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayır. Biz bu tarixi unutmamalı, bu insanlar haqqında gələcək nəsillərə dolğun məlumat verməliyik. Müstəqilliyimizin qorunması, inkişafı bu cür vətəndaş mövqeyi nümayiş etdirən insanların fəaliyyətinə bağlı olub və onların əziz xatirəsi daim uca tutulmalıdır.

Milli Məclisin deputatı, məşhur “91-lər”in nümayəndəsi Vüqar Rəhimzadə bildirib ki, bu tədbir təkcə bir ziyalının doğum günü tədbiri deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoymuş bir zümrənin - “91-lər”in fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycanın daxilində siyasi və sosial sabitliyin pozulduğu, vətəndaş qarşıdurmasının kulminasiya nöqtəsinə çatdığı bir zamanda “91-lər”in tarixi müraciəti ölkənin gələcək taleyində həlledici rol oynadı. Bu, cəsarətin, uzaqgörənliyin və milli məsuliyyətin nümunəsi idi. Çünki “91-lər”in çağırışının fonunda sonradan xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, dövlət institutları möhkəmləndi və Azərbaycan müstəqil dövlət kimi özyolunu müəyyənləşdirdi.

V.Rəhimzadə qeyd edib ki, Əjdər İsmayılovun timsalında bu gün “91-lər”in tarixi xidmətlərini yadda saxlamaq, bu mirası gənc nəslə ötürmək olduqca vacibdir. Belə tədbirlər yalnız keçmişi xatırlamaq üçün deyil, eyni zamanda, gələcək nəsillərə Vətənə, dövlətə və milli kimliyə sadiqliyin nə demək olduğunu anlatmaq baxımından bir vasitədir. Bu tədbirdə səslənən çıxışlar, təqdim olunan arxiv materialları, iştirak edən gənclərin və ziyalıların fəallığı sübut edir ki, Əjdər İsmayılovun timsalında “91-lər”in ruhu bu gün də yaşayır və yaşamaqda davam edəcək.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov bildirib ki, bu görüş təkcə bir anım tədbiri deyil, həmdə tarixi yaddaşın qorunması, milli dirçəlişin təməlində duran bir hərəkatın yenidən xatırlanması baxımından əlamətdar hadisədir. Əjdər İsmayılov “91-lər”in fəal və cəsarətli üzvlərindən biri kimi Azərbaycanın taleyüklü dönəmində əsl ziyalı mövqeyi sərgiləyib və xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutub. Əjdərİ smayılov təkcə bir ziyalı deyildi - o, milli ideallara bağlı bir şəxsiyyət, gənc nəslin formalaşmasında əvəzsiz rolu olan müəllim, dərin biliyi və intellekti ilə cəmiyyətdə özünə xas mövqeyi ilə seçilən nümunəvi obrazidi. Onun elmi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi mövqeyi də Azərbaycanın müasir tarixində silinməz iz qoyub. Əjdər İsmayılovun adını yaşatmaq, onun dövlətə, dövlətçiliyə bağlı düşüncələrini gənc nəslə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Onun xatirəsinə həsr olunan bu tədbir, sadəcə bir anım mərasimi deyil, həm də milli yaddaşın qorunması vətəbliğidir.

Tədbirdə çıxış edən “Olaylar” İnformasiya Agentliyinin direktoru, yazıçı Yunus Oğuz bildirib ki, Əjdər İsmayılov - yalnız elm və ədəbiyyat aləmində deyil, həm də müasirAzərbaycan tarixinin dönüm nöqtəsində öz dəst-xətti ilə iz qoymuş bir şəxsiyyətdir. Bu tədbir sadəcə bir doğum günü xatirəsi deyil, bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şanlı salnaməsinə çevrilmiş bir nəslin - “91-lər”in vəfat etmiş nümayəndələrinin ruhuna ehtiramdır. Əjdər İsmayılov həm də söz adamı idi - onun qələmidə, fikri də hər zaman haqqın tərəfində olmuşdur. O, təkcə siyasət meydanında deyil, düşüncə məkanında da xalqı oyatmaq, millətin ruhunu dirçəltmək üçün çalışanaydın idi. Yazıçı kimi deyə bilərəm ki, bu qərarın arxasında durmaq, taleyi ilə oynamaq, adını tarixə yazmaq cəsarəti hər adama nəsib olmur. Amma Əjdər İsmayılov və digər "91-lər" bu məsuliyyəti öz iradələri ilə daşıdılar və ömrüboyu həmin yolun doğruluğuna sadiq qaldılar.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, İki sahilTV-nin məsul redaktoru Tahir Məmmədov bildirib ki, Əjdər müəllimin adı bu xalqın yaddaşında bir ziyalılıq simvolu kimi qalacaq. Onun doğum günü münasibətilə keçirilən tədbir bir daha sübut etdi ki, tarix yalnız keçmiş deyil - biz onu yaşadırıq, xatırlayırıq, ondan öyrənirik. Əjdər İsmayılovun bizə buraxdığı miras yalnız imza atdığı müraciət deyil, həm də azərbaycançılıq düşüncəsinin, Vətənə sədaqətin canlı nümunəsidir. Zaman hər şeyi unudur, amma xalqın yaddaşı bəzi adları həmişə qoruyur. Bu gün isə bizlərdən biri - Əjdər İsmayılovun doğum gününü onun yoxluğunda, amma ruhunun varlığında qeyd edirik. Bu, sadəcə anım tədbiri deyil, bu bir mübarizənin davamı, səssiz, amma gur danışan bir tarixin səhnəyə qayıdışıdır.

Əjdər İsmayılovun oğlu Cavid İsmayıl bildirib ki, atası haqqında danışmaq onun üçün həm böyük qürur, həmdə dərin məsuliyyətdir: "Bu gün onun doğum günüdür. Təqvimdə sadə bir tarix ola bilər, amma bizim üçün - onu tanıyan, onu sevən, onunla nəfəs alan hər kəs üçünbu gün bir yaddaş günüdür. Çünki o, təkcə bir insan, bir alim, bir yazar deyildi - o, bir dövrün səsi idi.

Tədbirdə ona aid edilən sözlər, xatirələr, ürəkdən gələn cümlələr bir daha göstərdi ki, Əjdər müəllim bu xalqın yaddaşında əbədi qalacaq.

Atamın yoxluğu çox ağırdır. Amma onun düşüncələri, yazıları elə bir mirasdır ki, illər keçsə də dəyərini itirməyəcəkdir."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri