Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

ƏJDƏR XANBABAYEVİN BAĞINDA

ƏJDƏR XANBABAYEVİN BAĞINDA

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Beşinci gün Əjdər Xanbabayev zəng vurdu. Sabah Mərdəkana, bağa gəl! Qaz yanır, istidir, yoldaşlar da gələcək!

Havada yüngül sazaq olsa da günəşli, gözəl bir gündü. Mərdəkan bazarında yüngül bazarlıq eləyib getdim. Bu bağın daimi qonaqlarından olan Ziya Bünyadov, şərqşünas Rüstəm Əliyev, Əjdərin cavanlıq dostu Rizvan, qohumu balaca Rizvan da buradaydılar. (Rizvan Vahabov - indi Yanacaq Komitəsinin sədridir - red.)

Otaqda dəmir qaz sobasının yanında Rüstəmlə Ziya nərddə qırğındaydılar. Rüstəm hirslənmişdi:

Əjdər, mən ölüm, Ziya səndən də beter zər tutur. Qardaş, cütləməyin də təhri var...

Ziya halını pozmurdu:

Bura bax, Rüstəm, yaxşı bir söz var, deyir, oynaya bilməyənə yumurtaları (Ziya təbii ki, öz üslubuna uyğun bunu camaatın işlətdiyi kimi açıq deyir) mane olar.

Görüşmək üçün bir dəqiqəliyə nərddən aralandılar. Sonra söz və zər yarışı beləcə ta yemək gələnə kimi davam elədi.

Bu evin yemək qaydalarına uyğun əvvəlcə süfrəyə Ordubad lavaşı, pendir, balla bişirilən və şişib qabaran Ordubad qayğanağı (bunu Əjdər özü bişirirdi, qalan məsələlərdə böyük Rizvanın ustalığını hamı qəbul edirdi) gəldi.

Bir azdan qapıda Firudin Şuşinskinin çal papağı və bu papağı bürüyən qəlyan tüstüsü göründü, həmişəki kimi oğlu Məhəmməd də yanındaydı, ən sonda Cəlal Məmmədovla Efsir gəldilər. Onlar da bu bağın daimi qonaqlarıydı. Cəlal uzun müddət kitab ticarətində işləmişdi. Efsirsə Kurort ticarətinin müdiriydi və xarici içkilərin qıt vaxtında bu qonaqlıqların arağı, pivəsi onun boynundaydı. Amma Əjdər özü də çox ehtiyatlı, yaxşı şeyin qədrini bilən adamdı və qurdalansan künc-bucağından hökmən tərtəmiz tut, zoğal, alça arağı tapa bilirdin.Bu bağa on ildən artıqdı gəlib-gedirdim və indi toplaşan adamlar da bağın daimi, yay-qış qonaqlarıydı. Arada İran mühaciri Rəhim Qazı və qohum-əqraba, Əjdərin naxçıvanlı dostları da gəlirdilər. Söz yox, yayın öz ləzzəti olur. Qoçu asırsan həyətdəki yekə şah tutun budağından, elə həmin ağacın altında yerə bərkidilmiş iri dəmir masada bir tərəfə yeməklər düzülür, o tərəfə də nərd qoyulur, hordən də yetişib şirələnmiş barmaq boyda ağ tutlar şappıltıyla düşür süfrəyə, artezianın gur, həm də dağ çəşməsindən seçilməyən dadlı suyu şırıltıyla tökülür çarhovuza, oradan da beton arxla yayılır bağa...Yay mövsümündə dostlarımı da dəvət edərdim bu bağa, bağım yoxdu, imkan düşən kimi bura qaçırdım. Məmməd Araz, Söhrab Tahir, Məmməd İsmayıl, Məmməd Aslan... Bütün naşirlər kimi yazıçılardan qaçan Əjdər bu adamları açıq ürəklə qəbul eləmişdi, sonra məlum olmuşdu ki, hamısının şeirlərindən parçalar bilir.

Qeyri-adi hafizəsi vardı və Sədidən, Hafizdən başlamış Əliağa Kürçaylıya, Məmməd Arazadək bütün yüzillərin şeirindən yaddaşında nə isə vardı.

Efsir işarə ilə maşındakı ayın-oyunun lazım olub-olmadığını soruşanda Əjdər özünəxas şuxluqla: “Göydən yerə nə gəldi ki, yer götürmədi”, - deyə bərkdən cavab verdi. Bu, onun çox işlətdiyi ifadələrdəndir.

İki Rizvan manqalla məşğuldu, amma Rüstəm kababı gözləmək niyyətində deyildi:

- Əjdər, heç olmasa araq ver, hirsimizi soyudaq.

Kəlləyə və qabağa eyvanı çıxan, yayın ən isti günlərində də küləyi əskik olmayan bu bağ evinin cəmi iki otağı vardı. Qışda toplaşdıqları iri otaqda qaz sobasından əlavə, iki dəmir çarpayı və yemək masası zorla sığışırdı. Baş tərəfdəki rəflərdə daha çox fəlsəfə və təbabətə aid nadir kitablar düzülmüşdü, yan tərəfdə Əjdərin yoldaşı və iki qızı ilə şəkli asılmışdı.

Gələnlər bu evə məhrəm, bir-birini çoxdan tanıyan və gözəl məclis adamlarıydı. Burada akademiklik, yaş unudulurdu, yarım gün zarafatla, oyunla qayğılardan uzaqlaşıb sonra qayıdırdılar şəhərə.

Firudin bəy hamıdan çox narahatdı, oyuna baxa bilmirdi:

- Ziya, sən mənim canım, o nədir qoy kənara, bir az söhbət elə. Ə, Qarabağ əldən gedir, siz də burda başlamısınız, cüt beş, şeş qoşa... Əjdərlə köməkləşin “Şuşa” kitabımı təkrar nəşr edək, əlavələrim də var, yerinə düşər...

Bu bağın məclisləri təkcə yemək-içməyiylə yox, daha çox söhbətləriylə yadda qalırdı. Amma bu gün Əjdər əvvəlki məclisləri kimi şeirlə, lətifələrlə, gözəl misallarla danışmırdı. Son günlərin dərdləri, hiss olunmadan hamını əzirdi...

Ziya əlini yelləyib gur səslə:

- Nə danışaq, Firudin bəy! Vo vsem vinovat sam Qorbaçov! Özü söz verib ermənilərə, arvadı söz verib. Hələ Stavropolda işlədiyi vaxtlardan ermənilərlə yaxın olub. Böyür-başını görmüsən, elə bil daşnak yuvasıdı, Şahnazarov, Sitaryan...

Bu məqalənin Sabir Rüstəmxanlıya aid olduğu görünür. Məqalədə Qarabağ məsələsi, söhbət məclisləri və siyasi fikirlər əks olunub. Əlavə nəyisə düzəltmək və ya tərcümə etmək istəsən, xəbər et!

Aqanbek... Men bunları tanıyıram da!.. Bizimkilər də yatırlar burada! Çaşıb qalıblar. Sən bax da, bax gör sənin Mərkəzi Komitəndə kimlər var. İdeologiyana kimlər rəhbərlik edir. Mən onlara on dönə qoyun da etibar eləmərəm. Hələ o birisi, şizofrenik... mat... Da poşli oni na...! Davay, podnimi rumku!...

Firudin bəy, Qarabağda qabağa düşən ermənilərin bütün əsl-nəsillərini tanıyırdı. Kimlərin dədəsi hansı Azərbaycan bəylərinin qapısında işləyib, hansı kimin törəməsidi... Bu qəribə əhvalatları özünə məxsus cod, yonulmamış, açıq-saçıq, amma duzlu, bir üslubla danışırdı.

Rüstəm istinin, arağın və yəqin ki, bir az da nərddə uduzmağın təsirindən qızarmışdı.

Əjdər “darıxma, intiqamını alacağam” deyə-deyə, əslində, meymunu yadına salır, məğlubiyyəti unutmasına imkan vermir və özü üçün nəşələnirdi.

Bu adamlarla yaxınlığımızın maraqlı tarixçələri vardı.

Hələ qəzetdə işləyəndə Ziya Bünyadovun evinə gedib tarixi əsərləri və özünün tarixi şəxsiyyətə çevrilməsi, qəhrəmanlığı, üstəlik, əl qabiliyyəti - yəni ağacda müxtəlif fiqurlar düzəltmək qabiliyyəti barədə məqalə yazmışdım, tanış olmuş, sonralar dostlaşmışdıq. Bu bağ görüşlərində həmin dostluq daha da möhkəmlənmişdi. Ziya ötkəm adamdı, bəlkə elə buna görə də sözümüz tuturdu, çünki mən də pərdəsiz danışırdım, nə qədər yaxın olsaq da narazı qaldığım məsələni də gizlətmirdim. Bəlkə buna görə Ziyanın həyat yoldaşı Tahirə xanım deyirdi: “O, hər adamı sevmir, amma sizi sevir, sizi çox istəyir”. Amma Ziya öz hisslərini nümayişkaranə bildirən adamlardan deyildi.

Sağlıq mənə gələndə, Əjdər həmişəki səmimiyyətiylə işimdən, yazılarımdan söz açdı, amma Ziya etirazını bildirdi:

- Nu ladno da, Əjdər, çaşdırma! Axırıncı kitabından mən narazıyam, axı!

Əjdər halını pozmadı:

- Yaxşı, axırıncını qoyuram bir kənara. Əvvəlkilər bəs eləyir! Sabirin sağlığına...

Ziya üzünü mənə tutdu: “Səndən alan kimi oxudum kitabını. Yazılışına sözüm yox! Əhəmiyyətlidir! Amma siz niyə tarixçilərin işinə qarışırsınız! Tarixlə zarafat olmaz axı!”

Ziya müəllimin belə münasibətini gözləyirdim. Baxışlarımızda prinsipial fərq vardı. Ziya da İqrar Əliyev kimi türkləri Azərbaycana sonradangəlmə sayır, hətta Bakıya ilk türk gəlişinin konkret tarixini də göstərir. Amma mən bir sıra gənc filosof və tarixçi dostlarım kimi, bu fikri qəbul etmirəm, türklərin Altaylardan köçüb gəlməsinə qarşı, Urmidən köçüb Şərqə getmələrini qoyur və deyək ki, bir sıra şumeroloji araşdırmalar nümunəsində Ön Asiyada qədim türk-şumer bağlılıqlarının kökünü göstərməyə çalışırdım.

Ziya dostluğa-filana baxan deyildi:

- O tarix fəslini salmasaydın kitaba, yaxşı olardı. Mənə göstərsən, qoymazdım.

Güldüm:

- Elə ona görə də göstərməzdim.

Ziya yenə bərkdən:

- Bu olmadı da! Tarixçilər qalıb bir kənarda indi dilçilər, filoloqlar, hətta yazıçılar da cumurlar tarixə. Balam, sizin yazdığınız tarix ola bilməz. Deyin ki, yuxularımızı, röyalarımızı yazırıq.

Halımı pozmadım:

- Etiraz eləmirəm. Tarix qədimləşdikcə yuxuya, röyaya dönür. Mən Sizə bir söz demirəm ki, orta əsrlərin, Azərbaycana İslamın gəlişindən sonrakı dövrün gözəl tarixçisisiniz. Amma ondan əvvəlki dövrü pis bilirsiniz, niyə etiraftan qorxursunuz! Özü də get-gedə İqrar Əliyevin təsiri altına düşürsünüz.

Ziya hörmət elədiyi adamın zarafatından inciyən deyildi.

- Sluşay, ti je umniy çelovek! İqrar Əliyev ciddi alimdir. Axı onu, deyək ki, Mahmud İsmayılovla müqayisə edə bilməzsən.

- Əlbəttə, edə bilmirəm, eləmirəm də. Çünki bizim əsl tariximizi, yaxşı-pis Mahmud İsmayılov yazır, buna görə də tarixçimiz odur. Sizin bu İqrarı da tanıyıram. Alimdir, sözüm yox, amma eks cəbhədə dayanan alimdir. Başında İrandan başqa bir şey yoxdur, biliyi, ağlı yad siyasətə xidmət edir. Tarixi şəxsi duyğulara, təəssübkeşliyə qurban vermək olmaz! O da Avropa Mərkəzçiliyini təbliğ edir. Belə məsələlərdə Sizi əvvəlki kimi prinsipial görmək istəyirəm.

Ziya heç bir dəlil-sübutun təsir göstərmədiyi sərt bir ədayla qulaq asırdı...

- Yaxşı, nəyə əsaslanırsan sən! Başqaları heç, səndən danışıram.

- Mən tarix elminin sovetlərdən əvvəlki, bolşevik ideologiyasına qul olmayan dövrünün axtarışlarına söykənirəm. Məsələn, XIX əsr rus tarixşünaslığı... Türk mədəniyyətinin köklərini Ön Asiyadan kənarda axtarmağın səfehlik olduğunu göstərən alimlərin, macar, italyan, alman, Türkiyə tarixçilərinin əsərlərini yada salın! Protrotürkçülük haqqında yazılan tədqiqatları xatırlayın. Hansını deyim?

Ziya qədəhi yerə qoymuşdu:

- O, o, o!.. Sənin onlardan da xəbərin var!

- Mən tarixçi deyiləm! Amma tarixlə bağlı nə yazmışamsa ciddi mənbələrə söykənir! Bir məsələ də var ki, Siz tarixin ayrı-ayrı faktlarını axtarırsınız, mən məntiqini, bəlkə də poeziyasını. Necə sübut edə bilərsiniz ki, dəlillərin verdiyi informasiya məntiqin informasiya materiallarından daha zəngin və daha düzgündür. Çoxdan sübut olunub ki, insan düzgün bildiyinin cəmi yüzdə on beşini dəqiq dəlillərdən, yerdə qalanını hissiyatından alır. Hərdən mənə elə gəlir, Siz də Hindavropaçıların və ərəb mənbələrinin təsirindən çıxa bilmirsiniz. Tarixin fəlsəfəsi deyilən bir elm də var. Təəssüf ki, tarixçilərimizin çoxunun xəbəri yoxdur.

Ziyanı od götürdü:

- Ağ eləmə də! Axtarış yaxşı şeydir, amma Siz cavanların ağlınıza gələn hər fikri Quran ayəsi saymağınız xəstəlikdir. Tənqidə belə dözümsüzlük hara gedəcək­siniz?!

- Tənqidinizi qəbul edirəm. Amma gərək Siz də bizim sözümüzə diqqətlə yanaşasınız. Dünya tarixi hara gedir­ getsin, kökündəki türk reallığından qaça bilməz.

- Onda türk demə barı!

- Nə dediyimi gözəl bilirsiniz, bu ulus ada qısqanc olma­yıb. Adlar tez-tez dəyişib. Bəlkə Azərbaycan adı türk adından daha qədimdir. Mən türk deyəndə 6-7 min ildən uzun bir yol keçən və bu ərazilərdə yaşayan irqi nəzərdə tuturam...

Əjdər mübahisəni kəsmək üçün növbəti sağlığa keçdi. Sonra süfrə yığı­şdırıldı, çay gəldi və günün qalan hissəsi söh­bət ancaq bir mövzu ətrafında fırlandı.

Ziya Bünyadovu inandırmağa çalışırdım ki, bu hərəkatı başlı-başına buraxmaq olmaz, öz-özünə başlanan narazılığı dalğasını idarə edən, yönəldən bir qurum, dəstə olmalıdır, xalqın inandığı, sevdiyi adamlardan ibarət... Siz qabağa düş­məsəniz kim düşəcək?

Doğrudan da, o günlərdə xalq arasında Ziya Bünyadovun hörməti çox böyük idi! Məqalələri, çıxışları elmi monoqrafiya­larının gətirdiyi şöhrətdən az olmayan bir şöhrət gətirmişdi.

Bu hərəkata Ziyanın başçılıq etməsini ürəkdən istəyir­dim. Tanınan, hörmətli, ağıllı adamdır - bir, ikincisi də cəsarət­lidir, ən başlıcası isə sinəsini bəzəyən Qızıl Ulduzu, qəh­rəmanlığı var, bu da onun zirehidir.

Aramızda nə qədər mübahisə olsa da, atamla yaşıd olan bu kişiyə qəribə bir hörmətim vardı. Pəhləvan cüssəsi ilə hamıdan bir boy yuxarıda dayanırdı. İndi tək-tək adamın geydiyi fəsi, yaxasından çıxarmadığı Qızıl Ulduzu, daim nikbin ovqatı ilə ayaq basdığı hər yerdə xüsusi bir hava yaradırdı. Onun gəlişi ilə cəsarət, düzlük, mərd, ağayana danışıq gəlirdi. Özünü Bibi­heybətin Şeyxlər nəslindən sayan Ziyanı Allah bu millətin hər bir fərdinin nəyə qadir olduğunu göstərmək üçün yaratmışdı. İstehzalı, tikanlı danışığı sevirdi, amma bu istehzada ifadə olunmayan, gizli bir doğmalıq, düzlük, ədalət vardı.

Ziya bu işə qoşulsa tezliklə bütün millət bir orduya dönə­cəkdi.

Amma Ziyanı razı salmaq, asan deyildi.

- Kimlərlə yaradacaqsınız hərəkatı? Mənim institutumun (o vaxt Ziya Şərqşünaslıq institutunun direktoru idi) on ilə bir namizədlik müdafiə eləyə bilməyən əməkdaşlarıynan, o hay-­küyçülərlə... Sluşay, özünə yazığın gəlsin, onlarla yola çıx­mağ, Biləcəriyə qədər getmək olmaz! “Çənlibel”, nə bilim “Varlıq”. Toplanıb normal bir təşkilat yaradın. Onlara başa sal ki, vəziyyət çox ciddidir. Bir var mərəkə, bir var qiyamət, bir də var fışıraq. İndi əsl fışıraq başlanıb. Dağlıq Qarabağda Po­qoşan bizimkiləri yaxın qoymaq istəmir, əvvəlkindən də pis­dir, özünü obkom kimi yox Qarabağ komitəsinin sədri kimi aparır. Eçmiədzin daşnak yuvasıdır. Vazgen daşnakların böyü­yüdür. Bütün Ermənistan bunların əlindədir. Bizimkilərsə hələ beynəlmiləlçilikdən danışırlar. MK-də o rus gədəsi var ha, Konovalov, o gün mənə deyir sən ekstremistsən! Dedim mən ölümün ağzından çıxmışam, dustaq yeməklərini kabab kimi ye­mişəm, səngərlərdə qanım axıb, heç nədən də qorxmuram. Bəs Siz vəzifədən çıxarılanda neyləyəcəksiniz?! Gözünü döyür, çuşka, ... mat! Etiraz eləmirəm! Yığa bilsəniz Vətən yolunda qan verməyə mən hazır...

Axşam şəhərə qayıtdıq. Hələ evə çatmamış Sumqayıtda böyük bir toqquşma olduğunu eşitdim.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:362
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Mart 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri