17 illik qərar gündəmdə: İrəvan bunu Rusiyaya verdi, əslində Azərbaycanındır
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Son dövrlərdə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, xüsusilə Zəngəzur regionuna artan marağı diqqət mərkəzindədir. Aİ-nin bu istiqamətdə təşəbbüsləri həm geosiyasi, həm iqtisadi, həm də nəqliyyat-logistika aspektlərini əhatə edir və regionun gələcək strateji inkişafı üçün yeni imkanlar yarada bilər.
Ekspertlərin fikrincə, Azərbaycanın razılığı ilə İttifaqın Zəngəzur dəhlizi layihəsində iştirak təşəbbüsü Bakı-Brüssel münasibətlərində müəyyən yaxınlaşmaya şərait yaradacaq. Bu, eyni zamanda investisiya axını və regional inteqrasiyanı sürətləndirə bilər. O cümlədən, Avropa İttifaqının maraqlarının əsas motivləri arasında enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin diversifikasiyası və regional təsir imkanlarının artırılması dayanır.
Bakı razılığı verərsə, yaxın gələcəkdə Aİ ilə əməkdaşlıqdan hansı dividendlər əldə etmək mümkündür və bu, Azərbaycanın strateji maraqlarına necə təsir edə bilər?
Globalinfo.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, ABŞ Aİ şirkətlərinin Zəngəzura sərbəst girişinə əngəl yaratmaq niyyətindədir:
“Məsələ ondadır ki, Zəngəzur dəhlizindən sonra Naxçıvanda dəmir yollarının yenidən qurulması gündəmə gəlir. Çünki orada bu işlərə ehtiyac var və proses maraq doğurur. İstisna deyil ki, Aİ Zəngəzur dəhlizi deyərkən burada maraqlarının artmasına çalışır.
Zəngəzur dəhlizi və digər orta koridor hissələri müxtəlif ölkələrin dəstəyinə ehtiyac duyur. Məlumata görə, Azərbaycan tərəfi bu məsələlərlə bağlı müxtəlif dərəcəli müzakirələr aparıb.
Tofiq Zülfüqarov
Rusiya indiki məqamda iki mövzunu gündəmə gətirir. Birincisi, Kremlin fikrincə, Zəngəzur dəhlizində rus sərhədçiləri mövcuddur və dəhliz faktiki olaraq onların nəzarəti altındadır. İkincisi isə odur ki, Ermənistan öz dəmir yolları şəbəkəsini 2008-ci ildə Rusiya dövlət şirkətinə verib. Moskva hesab edir ki, bu ərazi onların mülkiyyətidir. Halbuki bölgədə mövcud olan dəmir yolu, tikildiyi gündən Cənubi Qafqazda münaqişə başlayana qədər Azərbaycanın mülkiyyəti idi. İşğala görə isə fəaliyyəti tamamilə dayandırıldı. Bu mənada prosesin mürəkkəb tərəfi var və Rusiya məsələdən istifadə edir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Dekabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















