Icma.az
close
up
RU
İrəvan yenidən Rusiyaya meyllənir

İrəvan yenidən Rusiyaya meyllənir

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Çoxdankı düşmənlər olan Ermənistan və Azərbaycan “yaxınlaşma yarışı” kimi xarakterizə oluna biləcək bir yarışa girişib və hər biri Rusiya ilə gərgin əlaqələri adlamağa çalışır. Münasibətlərin düzəldilməsi İrəvan və Bakının sülh müqaviləsi imzalanmazdan əvvəl üstünlük əldə etmə manevrləri kimi görünür.
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur ki, Ermənistan və Azərbaycan müqavilə mətni layihəsinin yekunlaşdığını etiraf ediblər, lakin imzalanma tarixi müəyyənləşməyib:
Martın 13-dən etibarən Azərbaycan Ermənistana konstitusiya dəyişikliyinin qəbul edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması da daxil olmaqla, sülh sazinin imzalanması üçün ilkin şərt qoyub.
İrəvana təzyiqləri artırmaq üçün Azərbaycan rəsmiləri döyüşkən mövqe tutub. O, dəfələrlə Ermənistanı sərhəddə silahlı təxribatlar törətməkdə ittiham edib. Ermənistan hakimiyyəti bunu qətiyyətlə təkzib edib.
Bununla bərabər, Azərbaycan Moskva ilə strateji tərəfdaşlığını bərpa etmək üçün bəzi addımlar atıb. Ötən il dekabrın sonunda Azərbaycanın mülki təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən təsadüfən vurulmasından sonra ikitərəfli əlaqələr xeyli pisləşib. Azərbaycan rəsmiləri martın əvvəlində münasibətlərdəki pozğunluğun aradan qaldırıldığını bildirmişdilər.
Ermənistan hökuməti də son bir neçə gündə Moskva ilə arasındakı ziddiyyəti aradan qaldırma üçün becid cəhdləri ilə diqqəti cəlb edib. Rusiyaya uzun müddət Ermənistanın geosiyasi himayədarı kimi baxılırdı, lakin Azərbaycanın 2023-cü ildə Qarabağı yenidən tam nəzarətinə almasından sonra ikitərəfli münasibətlər sürətlə korlandı. İrəvanda geniş yayılmış fikir ondan ibarətdir ki, Rusiya Ermənistanın suverenliyini müdafiə etmək üçün müqavilə öhdəliklərini yerinə yetirmir, yəni o xəyanət edib.
2024-cü ildə baş nazir Nikol Paşinyan hökuməti Rusiya ilə əlaqələrin səviyyəsini aşağı salıb. Eyni zamanda, ABŞ və Avropa İttifaqı (Aİ) ilə iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirməyə, o cümlədən Aİ-yə üzv olmaq istiqamətində addımlar atıb.

Bakının döyüşkənliyi və Kremlin Azərbaycana növbəti dəfə dəstək verə biləcəyinə dair narahatlıqlar, görünür, Ermənistan rəsmilərini diplomatik mexanizmləri dəyişməyə və Moskvanın rəğbətini qazanmağa sövq edib. Martın 14-də, sülh müqaviləsinin yekunlaşmasına aid bəyanatın səslənməsindən bir gün sonra Paşinyan bildirib: mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılacaq.
Ertəsi gün Azərbaycan lideri İlham Əliyev də Qələbə Günündə Qızıl Meydanda keçiriləcək şənliklərə qatılacağını təsdiqləyib.
Martın 20-də Rusiyada Kremllə əlaqələri yaxşılaşdırmaq üçün Nikol Paşinyanın Ermənistan dövlət qurumlarına göstəriş verdiyi barədə xəbərlər yayılıb. Bundan başqa, son bir neçə gündə Ermənistan və Rusiya rəsmiləri arasında yüksək səviyyəli təmaslar gözə dəyib.
Ermənistan XİN-nin bəyanatına görə, nazirliyin yüksək səviyyəli rəsmiləri rusiyalı vəzifədaşları ilə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib, eyni zamanda, “iki ölkə arasında müxtəlif səviyyələrdə siyasi dialoqun vacibliyini vurğulayırlar”.
Bundan əlavə, rəsmilər ticarət əlaqələrinin genişləndirilməsini müzakirə, Ermənistan isə Rusiya sərhədçilərinin sərhəd məntəqələrindən çıxarılması səylərinin dayandırıldığını bəyan edib. Bundan başqa, Rusiya rəsmiləri dövlət kanalları və proqramlarının Ermənistanda yayımının bərpasını müzakirə etmək üçün İrəvana dəvət olunublar.
Son hadisələr Rusiyanın Qafqazdakı geosiyasi taleyinin qəfil dəyişməsini göstərir. 6 ay əvvəl Ermənistan və Azərbaycan Rusiyanın regional təhlükəsizliyin təminatçısı rolunu inkar etməklə ümumi razılığa gəlib, Kreml mühüm statusunu itirmə ərəfəsində olduğu kimi görünüb. Onlar həm də Ermənistan-Azərbaycan sülh prosesində Moskvanın vasitəçi olma cəhdini də rədd ediblər.
Mövcud şərait Rusiyanın gələcək hadisələrə təsir etmə qabiliyyətini yenidən canlandırır. Kremlin sözçüsü Dmitri Peskovun Ermənistan-Rusiya münasibətlərinə verdiyi qiymət də bunu göstərir: “Biz Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə dost münasibətindən çox razıyıq və onları hər cür inkişaf etdirməyə hazırıq”.
Bu manevrlərdən sonra sülh prosesi başqa bir maneədə ilişib qalıb. Azərbaycan rəsmiləri müqavilənin imzalanmasından əvvəl Bakının ilkin şərtlərinin yerinə yetirilməsində israr edir, lakin Paşinyan Bakının istəklərinə boyun əyməyə meylli deyil. Ermənistan liderləri indi daha çox əmindir – “Rusiya bizi sıxışdırmayacaq”.
Amma Paşinyan hökuməti üçün bu ümid baha başa gələ bilər. Yaxın perspektivdə Rusiya ilə yaxın əməkdaşlıq müqabilində İrəvan çox güman ki, “Zəngəzur dəhlizi”ndə Rusiyanın daimi təhlükəsizlik rolu tələbi ilə üzləşməli olacaq. Bundan əlavə, Rusiya Ermənistanın ABŞ və Aİ ilə ticari-siyasi əlaqələrinin pərəstişkarı deyil və baş nazirin “Real Ermənistan” vizyonunu dəstəkləmir.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Mart 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri